Emin Kürdov: “Minimum hədəfimiz pley-offa yüksəlməkdir”

19.06.26 | 16:21
Digər növlər

Futzal üzrə Azərbaycan millisinin kapitanı Emin Kürdov DÇ-2028-in əsas mərhələsinin püşkünün nəticələrini şərh edib. Azərbaycan Futzal Federasiyasına (AFF) açıqlama verən təcrübəli qapıçı, yığmamızın yer aldığı 12-ci qrupdakı rəqibləri – Çexiya və Latviya seçmələrini dəyərləndirib.

Təcrübəli qolkiper qrupun favoriti hesab olunan Çexiya seçməsinin hazırkı vəziyyətindən danışıb və onlara qarşı ciddi müqavimət göstərməyin mümkün olduğunu bildirib: “İki il əvvəl onlarla yoldaşlıq oyunlarında qarşılaşmışdıq. Həmin matçlarda uduzsaq da, Bakıdakı görüş rəqiblə başabaş mübarizə apara biləcəyimizi göstərdi. Qrupun favoriti hesab olunsalar da, səfərdə də eyni müqaviməti göstərmək mümkündür. Hazırda Çexiya millisində nəsildəyişmə prosesi gedir və heyətə gənc oyunçular cəlb olunur. Hər şey bizim hazırlığımızdan və matç gününə hansı formada yaxınlaşacağımızdan asılı olacaq”.

Qrupun digər rəqibi Latviya barədə danışan kapitan, Çexiyanın daha güclü tərəf olduğunu vurğulayıb: “Son illərdə bu ölkənin təmsilçiləri ilə yalnız klub səviyyəsində qarşı-qarşıya gəlmişik. Sözsüz ki, Çexiya onlarla müqayisədə xeyli güclü rəqibdir”.

Püşkü milli komandamız üçün uğurlu hesab edən Emin Kürdov, növbəti mərhələyə yüksələcəklərinə inandığını qeyd edib: “Normal qrupa düşmüşük. Hər iki rəqibdən xal almaq gücündəyik. Minimum hədəfimiz pley-off vəsiqəsini təmin etməkdir. Komandama və döyüşkən ruhumuza inanıram. İndi əsas məsələ yaxşı hazırlaşmaq və meydandakı tapşırıqları düzgün yerinə yetirməkdir. Azərbaycan millisinin yenidən elit raunda vəsiqə qazanacağına şübhəm yoxdur”.

Paylaş:

Xəbər Lenti

Emin Kürdov: “Minimum hədəfimiz pley-offa yüksəlməkdir”

19.06.26 | 16:21

Səbail”in yeni baş məşqçisi müəyyənləşdi

19.06.26 | 16:33

“Kəpəz”də büdcə böhranı: Arif Əsədov təklifi rədd etdi

19.06.26 | 15:41

Millimizin DÇ-2028-dəki rəqibləri bəlli oldu

19.06.26 | 15:17

“Araz-Naxçıvan” xorvatiyalı müdafiəçi ilə anlaşıb

19.06.26 | 15:28

Montelladan radikal qərar: Barış Alper və Zeki Çelik ehtiyatda qaldı

19.06.26 | 14:57

Vinçentso Montella: “Özümü bir çoxlarından daha çox türk hiss edirəm”

19.06.26 | 14:01

Messinin fərqli rəngli butslarının sirri açıldı

19.06.26 | 13:52

Hakimi məhkəmə önünə çıxacaq: Mbappe şahid qismində dindiriləcək

19.06.26 | 13:37

„Qarabağ“ın Avstriyadakı yoldaşlıq oyunu ləğv edildi

19.06.26 | 13:44

„Şamaxı“ heyətini portuqaliyalı müdafiəçi ilə gücləndirir

19.06.26 | 12:18

Meksika pley-off-u təmin etdi

19.06.26 | 08:06

TV PROQRAM

19.06.26 | 00:50

Tarixi oyun, tarixi jest: Əfsanəvi Kollina Kovaç üçün görünməmiş hədiyyə hazırladı

19.06.26 | 00:31

Qətər 9 oyunçu ilə darmadağın oldu

19.06.26 | 00:03

Neymarın zədəsi tam sağalmayıb: Haiti ilə oyunuda buraxacaq

19.06.26 | 00:42

Avtoqraf istəyən cani və itirilmiş gözlər: Yoan Vissanın dəhşətli hekayəsi

18.06.26 | 23:02

İsveçrə Bosniyanı son 15 dəqiqədə tar-mar etdi

18.06.26 | 23:04

“Qarabağ”ın yetirməsi legioner həyatı yaşayacaq: Yeni klubu bəlli oldu

18.06.26 | 23:50

“Zirə” Avrokubok oyunlarına Bakıda və Boluda hazırlaşır

18.06.26 | 20:31