Kaxaber Tsxadadzenin “Qəbələ”nin baş məşqçisi postundan ayrılmasından sonra komandanı kimin çalışdıracağı sual altında qalmaqdadır. Yayılan xəbərlərə görə, “qırmızı-qaralar”ın sükanı arxasına daha əvvəl bölgə təmsilçisini çalışdırmış Elmar Baxşıyevin gətirilməsi ehtimal edilir.
Təcrübəli mütəxəssis məsələ ilə bağlı ölkə mediasına açıqlamasında “Qəbələ”dən hələlik rəsmi dəvət almadığını bildirib: “Açığı, ‘Qəbələ’dən mənə hələ ki rəsmi təklif gəlməyib. Bu səbəbdən konkret nəsə deməyim doğru olmaz. Əlbəttə, bu komandaya yaxından bələdəm, klub rəhbərliyi ilə də çox yaxşı münasibətlərimiz var. Vaxtilə burada birgə çalışmışıq və Ölkə Kubokunu qazanmışıq. ‘Qəbələ’ mənim üçün doğma komandadır. Lakin nə rəsmi dəvət var, nə də danışıqlar gedir. Bu səbəbdən indidən nəsə demək doğru olmaz. Hər şeyi zaman göstərəcək”.