Ekvador millisinin baş məşqçisi Sebastyan Bekkasese komandanın dünya çempionatındakı uğursuzluğundan sonra postunu tərk edib. 45 yaşlı mütəxəssis bu qərarını DÇ-2026-nın 1/16 finalında Meksikaya 0:2 hesablı məğlubiyyətdən dərhal sonra açıqlayıb. Müqavilə müddəti başa çatan tərəflər əməkdaşlığı yeniləməmək qərarına gəliblər.
Xatırladaq ki, Ekvador yığması qrup mərhələsini 4 xalla 3-cü sırada tamamlamışdı. Komanda son turda Almaniyaya qalib gəlsə də (2:1), daha əvvəl Kürasao ilə heç-heçə etmiş (0:0) və Kot-d’İvuara uduzmuşdu (0:1). Bekkasese 2024-cü ilin avqustundan bəri Ekvador millisinə rəhbərlik edirdi.