Bosniya və Herseqovinanın hücumçusu Edin Ceko “Şalke” ilə yeni müqavilə imzalayıb. Bu barədə “Sky Sports”un insayderi Florian Plettenberq məlumat yayıb.
Tibbi müayinədən uğurla keçən 40 yaşlı forvard Gelzenkirxen klubu ilə 1 illik yeni sözləşməyə imza atıb. Ötən mövsümün yanvar ayında komandaya qoşulan təcrübəli hücumçu meydana çıxdığı 11 oyunda 6 qol vuraraq “Şalke”nin II Bundesliqadan yenidən elitaya qayıtmasında əsas fiqurlardan birinə çevrilmişdi.
Bu addımla Ceko üçün Bundesliqaya növbəti dönüş halqası tamamlanıb. Təcrübəli bombardir Almaniya elitasında sonuncu dəfə 2010/11 mövsümündə “Volfsburq”un şərəfini qoruyub. O, daha sonra “Mançester Siti”, “Roma”, “İnter”, “Fənərbaxça” və “Fiorentina” kimi klublarda çıxış etdikdən sonra “Şalke”yə keçmişdi.