Dünya çempionatının qəhrəmanı PSJ-nin radarlarında

02.08.26 | 17:37

İspaniya millisinin heyətində Argentina ilə final matçının əlavə vaxtında yeganə qolu vuraraq ölkəsini dünya çempionu edən Ferran Torres “Barselona”nı tərk etməyə yaxındır.

Tanınmış insayder Fabrisio Romanonun məlumatına görə, PSJ 26 yaşlı hücumçunun transferi üçün “Barselona” ilə birbaşa danışıqlara başlayıb. Kataloniya klubu oyunçunu satmaq niyyətində olmasa da, digər insayder Canluka Di Marsio futbolçunun özünün Parisə köçməyə həvəsli olduğunu və tərəflər arasında artıq şəxsi müqavilə şərtlərinin razılaşdırıldığını bildirir.

İspaniyalı vingerin müqaviləsinin gələn yay başa çatması da Fransız klubunun danışıqlardakı mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir.

Yan Diomandeni sıralarına qoşa bilməyən PSJ cinahlarda güc itkisini bərpa etmək üçün alternativ variantlara yönəlib. PSJ-nin radarında Ferran Torreslə yanaşı, “Ayaks”dan Mika Qodts və “Monako”dan Manes Akliuş da daxildir.

Bununla yanaşı, hücum xəttində ciddi təmizləmə işləri aparan Paris klubu Li Kan İni “Atletiko “ə, Qonsalo Ramosu isə “Milan”a satıb. İbrahim Mbaye və Bredli Barkolanın da gedişi gözlənilir. Məhz Barkolanın klubdakı gələcəyi Torresin transferinin taleyində həlledici rol oynayacaq.

Ferran Torres ötən mövsüm “Barselona”nın heyətində keçirdiyi 49 rəsmi matçda 21 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09