Dumfris rəsmən “Real”da: Mourinyo ondan razıdır

21.08.26 | 20:26
Dünya futbolu

Niderland futbolunun tanınmış siması, 30 yaşlı sağ cinah müdafiəçisi Denzel Dumfris isə İspaniya nəhəngi “Real”də rəsmən təqdim olunub.

Yay transfer pəncərəsində İtaliyanın “İnter” klubundan “Kral Klubu”na keçən futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb. Bir müddətdir komandanın məşqlərinə qatılan və yoldaşlıq görüşlərində iştirak edən oyunçunun rəsmi təqdimat mərasimi cümə günü keçirilib.Klubun sosial şəbəkə hesablarında yayımlanan videoda Dumfris “madridistlər”ə səslənib: “Salam, madridistlər! Burada olmaqdan qürur duyuram, bu mənim üçün böyük şərəfdir. Birlikdə böyük uğurlara imza atacağıq. Bizi xüsusi bir mövsüm gözləyir. Hala Madrid!”

Təcrübəli müdafiəçinin La Liqada rəsmi debütü şənbə günü reallaşa bilər. Belə ki, Niderlandın “Sparta”, “Herenven” və PSV klublarının sabiq üzvü, baş məşqçi Joze Mourinyonun “Espanyol”a qarşı oyun üçün açıqladığı iştirak ərizəsinə daxil edilib.

Portuqaliyalı mütəxəssis Dumfrisin hələ bu ayın əvvəlində “Fiorentina” ilə yoldaşlıq matçındakı çıxışını yüksək qiymətləndirmişdi: “Dumfris və Endrik cəmi üç gün məşq etmələrinə baxmayaraq, meydanda yetmiş dəqiqədən çox qaldılar. Bu, möhtəşəm fədakarlıqdır və mənim üçün çox önəmlidir. Komanda üçün etdiklərinə görə onlara təşəkkür etdim, məni həqiqətən təsirləndirdilər”.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46