İtaliya millisinin tanınmış qapıçısı Canluici Donnarumma 29 yaşlı xanımı Alessia Elefante ilə rəsmən ailə həyatı qurub. İtaliyanın Lokorotondo şəhərində baş tutan və üç gün davam edən mərasim əsl ulduz paradına çevrilib.

XV əsrə aid qalada və zeytun bağları ilə əhatə olunmuş ərazidə keçirilən mərasimə 250-dək nüfuzlu qonaq dəvət olunub. İdman dünyasının tanınmış simaları – Erlinq Holand (sevgilisi İzabell Hauqseng ilə birlikdə), Roberto Mançini, Paolo Maldini, Con Stounz, Mateo Kovaçiç, Sandro Tonali və Nikolo Barella toyun əsas qonaqları arasında olublar. Xüsusi çarter reysi ilə gələn qonaqlar arasında Kilian Mbappenin də olduğu bildirilir. Pep Qvardiolanın tədbirə qatıla bilmədiyi, Yannik Sinner və Lionel Messinin isə dəvətlilər siyahısında yer aldığı qeyd olunur.
2016-cı ildən bəri birlikdə olan və özlərini hələ yeniyetməlik illərindən tanıyan cütlüyün toyu yüksək təhlükəsizlik və dəbdəbə ilə təşkil edilib. Tədbir üçün şəhər mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Qonaqların rahatlığı üçün peşəkar təşkilatçı komanda ilə yanaşı, üç ulduzlu “Mişlen” restoranın aşpazları çalışıb.
