“Dinamo”nun baş məşqçisi: “Neftçi”nin səviyyəsi yüksəkdir”

22.07.26 | 01:11
Ölkə futbolu

Belarusun “Dinamo” (Minsk) klubunun baş məşqçisi Aleksandr Şaqoyko UEFA Konfrans Liqasının II təsnifat mərhələsində sabah Azərbaycan təmsilçisi “Neftçi”yə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb.

Təcrübəli mütəxəssis rəqibə böyük hörmətlə yanaşdıqlarını bildirib: “Biz anlayırıq ki, güclü rəqibə qarşı oynayacağıq. “Neftçi” həqiqətən də yaxşı və güclü komandadır. Qarşılaşmanın əhəmiyyətini tam dərk edirik. Oyuna ciddi yanaşmışıq və yaxşı hazırlaşmışıq. Cütün taleyini iki oyun həll edəcək. Məqsədimiz növbəti mərhələyə yüksəlməkdir. Belə səviyyəli görüşlərdə tez-tez iştirak etmirik. “Neftçi”nin səviyyəsi kifayət qədər yüksəkdir”.

Şaqoyko Azərbaycan klubunun həm heyətini, həm də baş məşqçisini xüsusi qeyd edib. O, “”Neftçi”ni necə dəyərləndirirsiniz və komandanın əsas üstünlükləri hansılardır” sualının cavabında bunları söyləyib: “Dediyim kimi, “Neftçi” güclü heyətə malik yaxşı komandadır. Baş məşqçi Yuri Vernidub da yüksək səviyyəli mütəxəssisdir. O, vaxtilə güclü klublarda çalışıb. Bundan başqa, “Neftçi” kombinasiyalı futbol nümayiş etdirir. Bu komanda haqqında məndə ən müsbət təəssüratlar formalaşıb”.

Belaruslu çalışdırıcı cütün favoriti barədə danışarkən komandaların şanslarını bərabər qiymətləndirib: “Oyundan əvvəl şanslar həmişə bərabər olur. Bu dəfə də fərqli deyil. Təbii ki, bizim də öz məqsədimiz var və ona çatmaq üçün əlimizdən gələni edəcəyik”.

Şaqoyko Belarus klublarının beynəlxalq oyunlarını doğma meydanda keçirə bilməməsinin komanda üçün müəyyən çətinliklər yaratdığını da etiraf edib: “Əlbəttə, doğma meydanda oynamağı çox istərdik. Öz azarkeşlərimizin qarşısında çıxış etmək tamam fərqli hissdir. Təəssüf ki, hazırkı şəraitdə bu mümkün deyil. Daim səfərlərə çıxmaq məcburiyyətində qalırıq ki, bu da müəyyən çətinliklər yaradır. Şübhəsiz ki, doğma azarkeşlərimizin dəstəyi bizə yüz faiz kömək edərdi”.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46