Fransa millisinin sabiq baş məşqçisi Didye Deşam məşqçilik karyerasını İtaliyada davam etdirə bilər. RMC Sport və CalcioMercato nəşrlərinin məlumatına görə, 58 yaşlı mütəxəssis “Yuventus”un baş məşqçi postuna əsas namizədlərdən biri hesab olunur.
Futbolçu kimi “Marsel”, “Çelsi”, “Valensiya” və “Yuventus”un formasını geyinən Deşam məşqçilik karyerasında da bir sıra tanınmış klublara rəhbərlik edib. O, “Monako”, “Marsel” və “Yuventus”da çalışıb, 2012-ci ildən isə Fransa millisini idarə edib.
Təcrübəli mütəxəssis DÇ-2026-dan sonra Fransa millisində ayrılıb və onun yerini Zinəddin Zidanın tutub.
Hazırda baş məşqçi axtarışında olan “Yuventus”un Deşamın namizədliyinə maraq göstərdiyi iddia olunur. Turin təmsilçisi cari mövsümdə gözləntiləri doğrultmur. Luçano Spallettinin rəhbərliyi altında çıxış edən komanda A Seriyasının turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb və liderlərdən 11 xal geri qalır.
Bununla belə, klub rəhbərliyi mümkün namizədlərin dairəsini yalnız Deşamla məhdudlaşdırmır. Antonio Konte, Stefano Pioli və Paulo Souzanın da Spallettinin potensial əvəzləyiciləri arasında olduğu bildirilir.
Deşam daha əvvəl də “Yuventus”da çalışıb. O, 2006/07 mövsümündə Turin klubuna rəhbərlik edib və komandanın İtaliya futbolunun yüksək divizionuna qayıtmasına kömək göstərib.