Didye Deşam dünya çempionatları tarixində ilkə imza atdı

10.07.26 | 14:42
Dünya futbolu

Fransa millisinin baş məşqçisi Didye Deşam futbol üzrə dünya çempionatları tarixində unikal nailiyyətə imza atıb.

2026-cı il dünya çempionatının 1/4 final mərhələsində komandasını növbəti dəfə yarımfinala daşıyan təcrübəli mütəxəssis mundiallar tarixində millisini ardıcıl üç turnirdə (2018, 2022 və 2026) yarımfinala çıxaran ilk baş məşqçi olub.

Bununla yanaşı, Deşam dünya çempionatları tarixində üç dəfə yarımfinala yüksələn cəmi ikinci baş məşqçidir. Bu göstəricidə o, braziliyalı mütəxəssis Luiz Felipe Skolari ilə eyni nəticəni bölüşür.

Skolari Braziliya millisi ilə 2002 və 2014-cü illərdə, Portuqaliya yığması ilə isə 2006-cı il dünya çempionatında yarımfinal mərhələsinə vəsiqə qazanmışdı.

Dünya çempionatları tarixində ən çox yarımfinala yüksələn baş məşqçilər:

Didye Deşam (Fransa) – 3 dəfə (2018, 2022, 2026)

Luiz Felipe Skolari (Braziliya, Portuqaliya) – 3 dəfə (2002, 2006, 2014)

Beləliklə, Didye Deşam təkcə dünya çempionatlarının ən uğurlu baş məşqçilərindən biri olmaqla kifayətlənməyib, həm də ardıcıl üç mundialda yarımfinala yüksələn ilk çalışdırıcı kimi futbol tarixinə düşüb.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09