“Deportivo” adını dəyişdi: İspan dilindən imtina etdi

25.06.26 | 21:52
Dünya futbolu

İspaniyanın “Deportivo” klubu rəsmi adında tarixi dəyişiklik edib. “AS” nəşrinin məlumatına görə, La-Korunya təmsilçisi klubun adını yerli qalisya dilinin qaydalarına uyğunlaşdırıb. Beləliklə, komandanın adı rəsmi olaraq “Real Club Deportivo de La Coruña” variantından “Real Club Deportivo de A Coruña” (“Deportivo A-Korunya”) formasına salınıb. Eyni zamanda, yeni ad klubun loqosunda da köhnə variantı əvəzləyəcək.

İyunun 23-də klub rəhbərliyi adın dəyişdirilməsi ilə bağlı rəsmi səsvermənin nəticələrini açıqlayıb. Klub üzvlərinin böyük dəstəyini qazanan layihənin lehinə respondentlərin 79,41%-i səs verib.

Bu addımın arxasında uzun illərdir davam edən linqvistik və mədəni faktor dayanır. Şəhərin adı kastiliya (ispan) dilində La-Korunya (La Coruña) olsa da, yerli qalisya dilində A-Korunya (A Coruña) kimi işlədilir. Dövlət səviyyəsində də şəhərin yeganə rəsmi adı məhz qalisya dilindəki variant sayılır. “Deportivo”nun müxtəlif azarkeş qrupları və ultrasları, klubun şəhərin rəsmi statusunu və regional kimliyini əks etdirməsi üçün uzun illərdir bu dəyişikliyi tələb edirdilər. Rəhbərlik bu qərarla çoxillik rəmzi mübahisəyə nöqtə qoyub.

Paylaş:

Xəbər Lenti

“Tanrının əli”ndən “Uembli” qalmaqalına: İngiltərə və Argentina arasında futbol müharibəsi

15.07.26 | 01:08

Valdas Dambrauskasdan mərhələ adlamalarına şərh: “İkinci hissə bizim üçün sadəcə rəsmiyyət xarakteri daşıyırdı”

15.07.26 | 01:09

Aydın Süleymanlı yenə Aronyanla heç-heçə etdi

15.07.26 | 00:42

İspaniya DÇ-nin finalında

15.07.26 | 00:18

“Sabah” Uelsdə də qələbə qazandı

15.07.26 | 00:53

ÇL: “Sabah”ın rəqibi məlumdur, gürcülər də tur adladı

14.07.26 | 23:01

FİDE Dünya Kubokunun reqlamentini dəyişdi: Yeni format, qısaldılmış müddət və artırılmış mükafat fondu

14.07.26 | 23:23

Harri Keyn britaniyalı jurnalistləri hədəf aldı: “İngilis mətbuatı millidə nifaq salmağa çalışır”

14.07.26 | 23:45

“Sabah” ÇL-də ikinci qələbə ilə ikinci mərhələdə

14.07.26 | 23:41

“Sabah”ın potensial rəqibi bəlli oldu: KuPS evdə uduzsa da, mərhələ adladı

14.07.26 | 22:02

“Araz-Naxçıvan” Mohamed Marla anlaşdı

14.07.26 | 18:53

Berti Foqtsdan Argentinaya və Tuxelə tərif: “Mənə köhnə Almaniya millisini xatırladırlar”

14.07.26 | 18:17

Almaniya mətbuatı Rüfət Dadaşovun qayıdışını dəyərləndirdi: Möhtəşəm dubl və akrobatik qol

14.07.26 | 18:18

DÇ-2026: Yarımfinal öncəsi hakim ajiotajı – “Messinin sevimli referisi” iş başında

14.07.26 | 18:02

Kamandan oxatanlarımız Avropa çempionatına yollanır

14.07.26 | 16:02

“Sabah”ın səfər matçını “CBC Sport” canlı yayımlayacaq: Klub yayım problemini həll etdi

14.07.26 | 16:12

İspaniya ilə oyun öncəsi Mbappenin durumu: Deşam şübhələrə son qoydu

14.07.26 | 16:53

Möhtəşəm yarımfinal: İspaniya yox, Fransa?

14.07.26 | 16:57

İspaniya Fransa tilsimini qıra biləcəkmi?

14.07.26 | 15:06

Yuri Vernidub: “Konfrans Liqasına tam hazırıq”

14.07.26 | 15:24