“De Qrolş Veste”də zəfər: “Qarabağ” “Tvente”ni evində məyus etdi

21.08.26 | 00:03
Ölkə futbolu

“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Niderland səfərindən mühüm qələbə ilə döndü. “De Qrolş Veste” stadionunda keçirilən və gərgin mübarizə şəraitində baş tutan qarşılaşmada Qurban Qurbanovun yetirmələri meydan sahiblərini minimal hesabla məğlub edib.

İlk 45 dəqiqədə topa daha çox meydan sahibləri nəzarət etsə də, “Qarabağ”ın sıx və mütəşəkkil müdafiəsi Con van den Bromun komandasına real qol vəziyyəti yaratmağa imkan vermirdi. “Köhlən atlar” isə daha çox əks-hücumlar axtarışında idi. “Tvente”nin ilk ciddi təhlükəsi 38-ci dəqiqədə yarandı, lakin Marko Pyatsanın yaxın küncə vurduğu zərbəni qapıçı Martin Zlomisliç ustalıqla dəf edərək küncə çıxartdı. Fasiləyə qədər hesab açılmadı və tərəflər soyunub-geyinmə otağına qolsuz bərabərliklə yollandılar.

İkinci hissəyə qonaqlar çox fəal başladılar. Hissənin əvvəlində Kadinin yaxın məsafədən endirdiyi zərbə qapı dirəyindən qayıdaraq meydan sahiblərini həyəcanlandırdı. Lakin çox keçmədən, təmsilçimiz istəyinə nail oldu. Cəli Muəddib sol cinahla rəqiblərdən əla sıyrılaraq cərimə meydançasına daxil oldu və topu mərkəzdəki Musa Qurbanlıya ötürdü. Hücumçu bir toxunuşla zərbə mövqeyinə çıxan Kadini topla təmin etdi. Braziliyalı yarımmüdafiəçi isə bu mükəmməl kombinasiyanı baxımlı və dəqiq zərbə ilə tamamlayaraq qapıçı Lars Unnerştala heç bir şans qoymadı – 0:1.

Qoldan sonra Niderland təmsilçisi tarazlığı bərpa etmək üçün böyük qüvvə ilə irəli atıldı. Veydmann və Sonner Eryaseter hesabı bərabərləşdirməyə yaxın olsalar da, gah zərbələr dəqiq olmadı, gah da Zlomisliç yenidən öz sözünü dedi. Matçın sonlarına doğru artan gərginlik fonunda futbolçular arasında xırda münaqişələr də diqqətdən qaçmadı. Xüsusilə 66-cı dəqiqədə Sem Lammersin Bədavi Hüseynova qarşı kobudluğuna həddindən artıq emosional etiraz edən Daan Rots hakim tərəfindən sarı vərəqə ilə cəzalandırıldı.

Bütün təzyiqlərə baxmayaraq, “Qarabağ” hesabı qorumağı bacardı. 90+5-ci dəqiqədə səslənən final fiti təmsilçimizin Niderlanddakı vacib səfər qələbəsini rəsmiləşdirdi. Növbəti həftə Bakıda keçiriləcək cavab matçında “Tvente” vəziyyəti dəyişməyə çalışacaq, lakin psixoloji və hesab üstünlüyü artıq “Qarabağ”ın tərəfindədir.

UEFA Konfrans Liqası. Pley-off mərhələsi, ilk oyun

“Tvente” (Niderland) – “Qarabağ” (Azərbaycan) 0:1 (0:0)

Qol: Kadi, 52

Baş hakim: Yucin Caya (Albaniya)

“Tvente”: Lars Unnerştal, Bart van Rooy, Ruud Neystad, Robin Pröpper (k) (Maks Brüns, 46), Aske Adelqor (Filip Torvaldsen, 83), Ramiz Zerruki, Dauda Veydmann (Lukas Venneqor of Hesselink, 83), Marko Pyatsa (Kristian Hlinsson, 60), Daan Rots, Sonner Eryaseter, Vaut Veqhorst (Sem Lammers, 60)

“Qarabağ”: Martin Zlomisliç, Bruno Lanqa, Bentse Varkonyi, Bədavi Hüseynov (k), Mateus Silva, Marko Yankoviç, Samuel Lobatu, Kadi, Cəli Muəddib, Aleksey Kaşçuk, Musa Qurbanlı (Dani Bolt, 75).

Sarı vərəqələr (Xəbərdarlıq): Robin Pröpper, Aske Adelqor, Dauda Veydmann, Ramiz Zerruki, Daan Rots – Mateus Silva

Stadion: “De Qrolş Veste”, Ensxede şəhəri

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46