Dünən gecə saatlarında keçirilən matçlardan sonra DÇ-2026-nın seçmə mərhələsinin qrup oyunlarına yekun vuruldu. Beləliklə, mundialda oynamaq hüququ verən 48 vəsiqənin 42-nin sahibi bəlli oldu. Vakant qalan 6 yerin sahibi isə martda Avropa zonasındakı və beynalxalq piey-off oyunlarindan sonra müəyyənləşəcək.
Turinirə ev sahibliyi edəcək Kanada, Meksika, ABŞ-dan başqa açağıdakı komandalar da iştirakçılar sırasındadır.
Yaponiya
Yeni Zelandiya
İran
Argentina
Özbəkistan
Cənubi Koreya
İordaniya
Avstraliya
Braziliya
Ekvador
Uruqvay
Kolumbiya
Paraqvay
Mərakeş
Tunis
Misir
Əlcəzair
Qana
Kabo-Verde
Cənubi Afrika
Seneqal
Kot d’İvuar
Qətər
Səudiyyə Ərəbistanı
İngiltərə
Fransa
Xorvatiya
Nnorveç
Portuqaliya
Almaniya
Hollandiya
İsveçrə
İspaniya
Şotlandiya
Avstriya
Belçika
Kürasaro
Panama
Haiti
Avropa zonasında pley-off oyunlarının iştırakçısı olacaq yığmaların səbətləridə bəlli olub. Qeyd edək ki, komandalar dörd səbətə bölünəcək. Bir oyundan ibarət olan yarımfinal və final görüşləri keçiriləcək. Avropadan mundiala qatılacaq son üç yığmanın adı məhz bundan sonra bəlli olacaq. Pley-off mərhələsinin püşkü sabah atılacaq. Oyunlara gəlincə, yarımfinal qarşılaşmaları martın 26-da, final görüşləri isə martın 31-də keçiriləcək.
Səbətləri tərkibi isə belədir:
1-ci səbət: İtaliya, Danimarka, Türkiyə, Ukrayna
2-ci səbət: Polşa, Uels, Çexiya, Slovakiya
3-cü səbət: İrlandiya, Albaniya, Bosniya və Herseqovina, Kosovo
4-cü səbət: İsveç, Rumıniya, Şimal Makedoniya, Şimal İrlandiya