DÇ-2026: Yarımfinal və milli bayram öncəsi Fransada fövqəladə təhlükəsizlik tədbirləri

13.07.26 | 02:03
Dünya futbolu

Fransa hökuməti DÇ-2026-nın İspaniya ilə yarımfinal matçı və Bastiliya günü münasibətilə ölkə miqyasında analoqu olmayan təhlükəsizlik rejiminə keçib.

Ölkənin daxili işlər naziri Loran Nunyes çərşənbə axşamı keçiriləcək matç və bayram şənlikləri zamanı asayişi qorumaq üçün ümumilikdə 70 000 polis və jandarma qüvvəsinin səfərbər edildiyini açıqlayıb. BFM TV-yə müsahibəsində nazir, xüsusi təhlükəsizlik əməliyyatının çərşənbə axşamından çərşənbəyə keçən gecə boyunca davam edəcəyini bildirib.

Təkcə Parisdə Yelisey çöllərində təşkil olunacaq hərbi parad və azarkeş kütləsinin təhlükəsizliyi üçün 5 000 hüquq-mühafizə əməkdaşı ayrılıb. Nazir vurğulayıb ki, hər hansı asayiş pozuntusuna qarşı “sıfır dözümlülük” nümayiş etdiriləcək.

Nunyes 1/4 finalda Fransanın Mərakeşə qalib gəldiyi (2:0) oyundan sonra asayiş keşikçilərinin öhdəliklərini layiqincə yerinə yetirməsinə baxmayaraq, xoşagəlməz insidentlərin yaşandığını qeyd edib: “Təəssüf ki, Nor departamentində 17 yaşlı bir qızın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verdi. Ümumilikdə isə 89 nəfər saxlanıldı”. Fransada xüsusilə PSJ və yığmanın böyük qələbələrindən sonra kütləvi iğtişaşlar, mağazaların və avtomobillərin yararsız hala salınması halları tez-tez yaşanır. Məsələn, PSJ-nin Çempionlar Liqasının finalında “Arsenal”ı məğlub etməsindən sonra polis 400-dən çox şəxsi həbs etmişdi.

Paylaş:

Xəbər Lenti

“Tanrının əli”ndən “Uembli” qalmaqalına: İngiltərə və Argentina arasında futbol müharibəsi

15.07.26 | 01:08

Valdas Dambrauskasdan mərhələ adlamalarına şərh: “İkinci hissə bizim üçün sadəcə rəsmiyyət xarakteri daşıyırdı”

15.07.26 | 01:09

Aydın Süleymanlı yenə Aronyanla heç-heçə etdi

15.07.26 | 00:42

İspaniya DÇ-nin finalında

15.07.26 | 00:18

“Sabah” Uelsdə də qələbə qazandı

15.07.26 | 00:53

ÇL: “Sabah”ın rəqibi məlumdur, gürcülər də tur adladı

14.07.26 | 23:01

FİDE Dünya Kubokunun reqlamentini dəyişdi: Yeni format, qısaldılmış müddət və artırılmış mükafat fondu

14.07.26 | 23:23

Harri Keyn britaniyalı jurnalistləri hədəf aldı: “İngilis mətbuatı millidə nifaq salmağa çalışır”

14.07.26 | 23:45

“Sabah” ÇL-də ikinci qələbə ilə ikinci mərhələdə

14.07.26 | 23:41

“Sabah”ın potensial rəqibi bəlli oldu: KuPS evdə uduzsa da, mərhələ adladı

14.07.26 | 22:02

“Araz-Naxçıvan” Mohamed Marla anlaşdı

14.07.26 | 18:53

Berti Foqtsdan Argentinaya və Tuxelə tərif: “Mənə köhnə Almaniya millisini xatırladırlar”

14.07.26 | 18:17

Almaniya mətbuatı Rüfət Dadaşovun qayıdışını dəyərləndirdi: Möhtəşəm dubl və akrobatik qol

14.07.26 | 18:18

DÇ-2026: Yarımfinal öncəsi hakim ajiotajı – “Messinin sevimli referisi” iş başında

14.07.26 | 18:02

Kamandan oxatanlarımız Avropa çempionatına yollanır

14.07.26 | 16:02

“Sabah”ın səfər matçını “CBC Sport” canlı yayımlayacaq: Klub yayım problemini həll etdi

14.07.26 | 16:12

İspaniya ilə oyun öncəsi Mbappenin durumu: Deşam şübhələrə son qoydu

14.07.26 | 16:53

Möhtəşəm yarımfinal: İspaniya yox, Fransa?

14.07.26 | 16:57

İspaniya Fransa tilsimini qıra biləcəkmi?

14.07.26 | 15:06

Yuri Vernidub: “Konfrans Liqasına tam hazırıq”

14.07.26 | 15:24