DÇ-2026: Xilas olan Argentina, Embolonun səhvi və möhtəşəm yarımfinal afişası

12.07.26 | 11:42
Dünya futbolu

Dünya Çempionatında yarımfinal cütlükləri bəlli oldu. Bizi adı ilə böyük maraq doğuran matçlar gözləyir. Turnirin dördlüyünə son vəsiqəni isə yenə də böyük əziyyət, əzab və dramatik mübarizə hesabına Argentina qazandı.

Misir millisinin baş məşqçisi Hossem Hassanın 1/8 finaldan sonra “FİFA Argentinanı saxlayır” dediyi qərəzli fikirləri kənara qoyaq. Lionel Skaloninin komandası növbəti dəfə xarakter nümayiş etdirərək İsveçrəni sıradan çıxardı. Murat Yakin bu cür bəhanələrə sığınmamalıdır: Brel Emboloya göstərilən ikinci sarı kart tamamilə ədalətli idi. Əzmkar hücumçunun açıq-aşkar simulyasiyası turnirin en axmaq hərəkətlərindən biri kimi yadda qaldı. Hətta isveçrəlilər portuqaliyalı baş hakim Juan Pinyeyroya minnətdar olmalıdırlar ki, Ardon Yaşarinin Niko Qonsalesin ayağına kobud müdaxiləsindən sonra meydanda 9 nəfərlə qalmadılar.

Lakin Embolonun 70-ci dəqiqədə qırmızı kart alması matçın məcrasını kəskin dəyişdi. Həmin dəqiqəyə qədər Yakinın komandası topa daha çox nəzarət edir (57%), fəal presinqlə Argentinanı çətin vəziyyətə salırdı. Hətta matçın əvvəlində buraxılan erkən qola baxmayaraq, isveçrəlilər hesabı bərabərləşdirmiş və oyunda üstünlüyü ələ almışdılar. Bütün planları darmadağın edən isə Embolonun mənasız hərəkəti və Xulian Alvaresin vurduğu möhtəşəm qol oldu.

Bu Argentina artıq 2022-ci ildə Qətərdə çempion olan komanda ilə eyni heyətdir, sadəcə 4 il daha yaşlı və ağır. Əsas heyətdəki 9 futbolçu Fransa ilə final matçında da startda yer almışdı. Orta yaşı 30,1 olan bu kollektivdə ən gənc oyunçu 25 yaşlı Enso Fernandesdir. Lionel Messinin dühasi və liderliyi olmasaydı, bu komandanın harada olacağını təsəvvür etmək çətindir.

Bununla belə, son 5-6 ildə üç böyük turnir (Amerika Kuboku-2021, DÇ-2022, Amerika Kuboku-2024) qazanmış bu heyətdə sarsılmaz bir özünəinam var. Onlar hər cür çətin vəziyyətdən çıxış yolu tapmağı bacarırlar. Bu Argentinanı oyun planında üstələmək olar, lakin onları psixoloji olaraq sındırmaq mümkünsüzdür.

Eyni zamanda taktiki hazırlıqlar da öz sözünü deyir. Aleksis Mak Allisterin künc zərbəsindən vurduğu qol birbaşa məşqçilər korpusunun (xüsusən Valter Samuelin) işinin bəhrəsidir. Əvəzetmədən meydana daxil olan 25 yaşlı Xose Lopesin məhsuldar ötürməsi və Alvaresin uzaq “doqquzluğa” vurduğu fantastik qol yarımfinalın qapısını açdı.

İsveçrəyə gözəl turnir və mübarizə üçün təşəkkür düşür. İndi isə yay futbol mövsümünün əsas hadisələrindən biri bizi gözləyir: Argentina – İngiltərə!

Dünya çempionatı. 1/4 final

Argentina – İsveçrə 3:1 (əlavə vaxtda)

Qollar: Mak Allister, 10 (1:0); Ndoy, 67 (1:1); Alvares, 112 (2:1); L. Martines, 120+1 (3:1)

Argentina: E. Martines, L. Martines, Romero (Otamendi, 106), Talyafiko (Qonsales, 78), Molina (Montiel, 85), Paredes (Lopes, 110), Fernandes (Almada, 91), Mak Allister, de Paul (L. Martines, 85), Alvares, Messi

İsveçrə: Kobel, Elvedi, Akanci, Rodriges (Eray Cömərd, 90), Zakariya (Yaşari, 96), Froyler (Varqas, 115), Caka, Rider (Muhaim, 86), Ndoy (Vidmer, 86), Sou (Amduni, 86), Embolo

Xəbərdarlıqlar: Almada, 97; L. Martines, 98; Lopes, 114 — Embolo, 44

Qırmızı kart: Embolo, 70 (İsveçrə)

Baş hakim: Juan Pinyeyro (Portuqaliya)

Stadion: “Arrovhead Stadium” (Kanzas Siti, ABŞ)

Yarımfinal cütlükləri: İspaniya – Fransa, Argentina – İngiltərə

Paylaş:

Xəbər Lenti

“Tanrının əli”ndən “Uembli” qalmaqalına: İngiltərə və Argentina arasında futbol müharibəsi

15.07.26 | 01:08

Valdas Dambrauskasdan mərhələ adlamalarına şərh: “İkinci hissə bizim üçün sadəcə rəsmiyyət xarakteri daşıyırdı”

15.07.26 | 01:09

Aydın Süleymanlı yenə Aronyanla heç-heçə etdi

15.07.26 | 00:42

İspaniya DÇ-nin finalında

15.07.26 | 00:18

“Sabah” Uelsdə də qələbə qazandı

15.07.26 | 00:53

ÇL: “Sabah”ın rəqibi məlumdur, gürcülər də tur adladı

14.07.26 | 23:01

FİDE Dünya Kubokunun reqlamentini dəyişdi: Yeni format, qısaldılmış müddət və artırılmış mükafat fondu

14.07.26 | 23:23

Harri Keyn britaniyalı jurnalistləri hədəf aldı: “İngilis mətbuatı millidə nifaq salmağa çalışır”

14.07.26 | 23:45

“Sabah” ÇL-də ikinci qələbə ilə ikinci mərhələdə

14.07.26 | 23:41

“Sabah”ın potensial rəqibi bəlli oldu: KuPS evdə uduzsa da, mərhələ adladı

14.07.26 | 22:02

“Araz-Naxçıvan” Mohamed Marla anlaşdı

14.07.26 | 18:53

Berti Foqtsdan Argentinaya və Tuxelə tərif: “Mənə köhnə Almaniya millisini xatırladırlar”

14.07.26 | 18:17

Almaniya mətbuatı Rüfət Dadaşovun qayıdışını dəyərləndirdi: Möhtəşəm dubl və akrobatik qol

14.07.26 | 18:18

DÇ-2026: Yarımfinal öncəsi hakim ajiotajı – “Messinin sevimli referisi” iş başında

14.07.26 | 18:02

Kamandan oxatanlarımız Avropa çempionatına yollanır

14.07.26 | 16:02

“Sabah”ın səfər matçını “CBC Sport” canlı yayımlayacaq: Klub yayım problemini həll etdi

14.07.26 | 16:12

İspaniya ilə oyun öncəsi Mbappenin durumu: Deşam şübhələrə son qoydu

14.07.26 | 16:53

Möhtəşəm yarımfinal: İspaniya yox, Fransa?

14.07.26 | 16:57

İspaniya Fransa tilsimini qıra biləcəkmi?

14.07.26 | 15:06

Yuri Vernidub: “Konfrans Liqasına tam hazırıq”

14.07.26 | 15:24