Doğrudan da, möhtəşəm qələbələrdən sonra baş məşqçilərin tribunaya qaçaraq xanımlarını öpməsi artıq bu mundialda ən gözəl ənənələrindən birinə çevrilir.
Ekvadorun baş məşqçisi Sebastyan Bekkasese Almaniya millisinin qapısına vurulan ikinci qoldan sonra emosiyalarını cilovlaya bilməyib. Cənubi Amerika təmsilçisini mundialın pley-off mərhələsinə daşıyan bu qolun ardınca argentinal mütəxəssis tribunaya dırmaşaraq qələbə sevincini həyat yoldaşı ilə öpüşərək bölüşüb.
Anoloji mənzərə Norveç millisinin tarixi zəfərindən sonra da yaşanıb. Baş məşqçi Stole Solbakken qələbə fitindən dərhal sonra tribunada onu gözləyən xanımı Annikenə sarılaraq bu tarixi anı onunla qeyd edib. Lakin bu qucaqlaşmanın arxasında 25 illik dramatik bir sevgi və sədaqət hekayəsi dayanır.
2001-ci ildə “Kopenhagen”də çıxış edərkən Solbakken məşq zamanı qəfil infarkt keçirib. Ürəyi bir neçə dəqiqəlik dayanan futbolçu klinik ölüm yaşayıb.
Həmin vaxt cəmi 20 yaşında olan Anniken bütün çətinlikləri təkbaşına gögüs gərib. O, bir tərəfdən iki azyaşlı övladını böyüdüb, digər tərəfdən isə ərinin uzunmüddətli reabilitasiya dövründə onun ən böyük baxıcısı və dayağı olub. Solbakken sonradan verdiyi müsahibələrdə xanımının bu gənc yaşda göstərdiyi fədakarlığa hələ də heyran qaldığını gizlətməyib.
Ağır xəstəlikdən sonra 33 yaşında karyerasını bitirmək məcburiyyətində qalan və məşqçiliyə başlayan Solbakken vurğulayır ki, onun bütün uğurlarının arxasında məhz Anniken dayanır. Və bu gün, illər sonra gələn böyük Dünya Çempionatı zəfərini də eyni sadiqliklə tribunada onu gözləyən həyat yoldaşına həsr etməsi tamamilə qanunauyğundur.