DÇ-2026: Qələbə sevinci və tribunadakı “əsas dayaqlar”

26.06.26 | 19:03
Dünya futbolu

Doğrudan da, möhtəşəm qələbələrdən sonra baş məşqçilərin tribunaya qaçaraq xanımlarını öpməsi artıq bu mundialda ən gözəl ənənələrindən birinə çevrilir.

Ekvadorun baş məşqçisi Sebastyan Bekkasese Almaniya millisinin qapısına vurulan ikinci qoldan sonra emosiyalarını cilovlaya bilməyib. Cənubi Amerika təmsilçisini mundialın pley-off mərhələsinə daşıyan bu qolun ardınca argentinal mütəxəssis tribunaya dırmaşaraq qələbə sevincini həyat yoldaşı ilə öpüşərək bölüşüb.

Anoloji mənzərə Norveç millisinin tarixi zəfərindən sonra da yaşanıb. Baş məşqçi Stole Solbakken qələbə fitindən dərhal sonra tribunada onu gözləyən xanımı Annikenə sarılaraq bu tarixi anı onunla qeyd edib. Lakin bu qucaqlaşmanın arxasında 25 illik dramatik bir sevgi və sədaqət hekayəsi dayanır.

2001-ci ildə “Kopenhagen”də çıxış edərkən Solbakken məşq zamanı qəfil infarkt keçirib. Ürəyi bir neçə dəqiqəlik dayanan futbolçu klinik ölüm yaşayıb.

Həmin vaxt cəmi 20 yaşında olan Anniken bütün çətinlikləri təkbaşına gögüs gərib. O, bir tərəfdən iki azyaşlı övladını böyüdüb, digər tərəfdən isə ərinin uzunmüddətli reabilitasiya dövründə onun ən böyük baxıcısı və dayağı olub. Solbakken sonradan verdiyi müsahibələrdə xanımının bu gənc yaşda göstərdiyi fədakarlığa hələ də heyran qaldığını gizlətməyib.

Ağır xəstəlikdən sonra 33 yaşında karyerasını bitirmək məcburiyyətində qalan və məşqçiliyə başlayan Solbakken vurğulayır ki, onun bütün uğurlarının arxasında məhz Anniken dayanır. Və bu gün, illər sonra gələn böyük Dünya Çempionatı zəfərini də eyni sadiqliklə tribunada onu gözləyən həyat yoldaşına həsr etməsi tamamilə qanunauyğundur.

Paylaş:

Xəbər Lenti

“Tanrının əli”ndən “Uembli” qalmaqalına: İngiltərə və Argentina arasında futbol müharibəsi

15.07.26 | 01:08

Valdas Dambrauskasdan mərhələ adlamalarına şərh: “İkinci hissə bizim üçün sadəcə rəsmiyyət xarakteri daşıyırdı”

15.07.26 | 01:09

Aydın Süleymanlı yenə Aronyanla heç-heçə etdi

15.07.26 | 00:42

İspaniya DÇ-nin finalında

15.07.26 | 00:18

“Sabah” Uelsdə də qələbə qazandı

15.07.26 | 00:53

ÇL: “Sabah”ın rəqibi məlumdur, gürcülər də tur adladı

14.07.26 | 23:01

FİDE Dünya Kubokunun reqlamentini dəyişdi: Yeni format, qısaldılmış müddət və artırılmış mükafat fondu

14.07.26 | 23:23

Harri Keyn britaniyalı jurnalistləri hədəf aldı: “İngilis mətbuatı millidə nifaq salmağa çalışır”

14.07.26 | 23:45

“Sabah” ÇL-də ikinci qələbə ilə ikinci mərhələdə

14.07.26 | 23:41

“Sabah”ın potensial rəqibi bəlli oldu: KuPS evdə uduzsa da, mərhələ adladı

14.07.26 | 22:02

“Araz-Naxçıvan” Mohamed Marla anlaşdı

14.07.26 | 18:53

Berti Foqtsdan Argentinaya və Tuxelə tərif: “Mənə köhnə Almaniya millisini xatırladırlar”

14.07.26 | 18:17

Almaniya mətbuatı Rüfət Dadaşovun qayıdışını dəyərləndirdi: Möhtəşəm dubl və akrobatik qol

14.07.26 | 18:18

DÇ-2026: Yarımfinal öncəsi hakim ajiotajı – “Messinin sevimli referisi” iş başında

14.07.26 | 18:02

Kamandan oxatanlarımız Avropa çempionatına yollanır

14.07.26 | 16:02

“Sabah”ın səfər matçını “CBC Sport” canlı yayımlayacaq: Klub yayım problemini həll etdi

14.07.26 | 16:12

İspaniya ilə oyun öncəsi Mbappenin durumu: Deşam şübhələrə son qoydu

14.07.26 | 16:53

Möhtəşəm yarımfinal: İspaniya yox, Fransa?

14.07.26 | 16:57

İspaniya Fransa tilsimini qıra biləcəkmi?

14.07.26 | 15:06

Yuri Vernidub: “Konfrans Liqasına tam hazırıq”

14.07.26 | 15:24