Dünya Çempionatının 1/4 finalında İsveçrəni 3:1 hesabı ilə məğlub edən Argentina adını yarımfinala yazdırıb.
Qarşılaşmanı tribunadan izləyənlər arasında komandanın kapitanı Lionel Messinin ailəsi də olub. Oyundan bir neçə saat sonra ulduz futbolçunun həyat yoldaşı Antonella Rokkuzzo övladları ilə birlikdə stadiondan çəkdirdiyi fotoları sosial media hesabında paylaşıb.
Rokkuzzo “Instagram” hesabındakı paylaşımına “İrəli, Argentina! Daha bir addım” şərhini yazaraq komandaya dəstəyini nümayiş etdirib. Böyük maraqla qarşılanan bu post qısa müddətdə 360 mindən çox bəyənmə toplayıb.
Argentina yarımfinalda İngiltərə seçməsi ilə üz-üzə gələcək. İyulun 15-də keçiriləcək qarşılaşma saat 23:00-da başlayacaq.