DÇ-2026-da irqçilik qalmaqalı: FİFA “IShowSpeed”ə qarşı hücumla bağlı təhqiqata başladı

08.07.26 | 14:57
Dünya futbolu

Məşhur yutuber “IShowSpeed”in Dünya Çempionatının oyunu zamanı irqçi hücuma məruz qaldığı bildirilir. Ali futbol qurumu FİFA baş verənlərlə bağlı dərhal araşdırmalara başlayıb.

Sosial şəbəkələrdə 100 milyondan çox izləyici auditoriyasına sahib olan 21 yaşlı yutuberin (əsl adı Darren Ceyson Uotkins) Mundial qarşılaşmalarından etdiyi canlı yayımlar böyük maraqla qarşılanırdı. İnsidentin İyulun 3-də, Argentina və Kabo-Verde milli komandaları arasında keçirilən matçda baş verdiyi iddia olunur.

Mayamidəki “Hard Rock Stadium”da çəkilmiş canlı yayım kadrlarında bir argentinalı azarkeşin “IShowSpeed”ə tərəf qışqırdığı aydın görünür. Səsləndirilən ifadələr tam dəqiq eşidilməsə də, iddialara görə, həmin şəxs yutuberin ünvanına irqçi təhqirlər yağdırıb.

FİFA baş verənlərə dərhal reaksiya verərək rəsmi X (keçmiş Twitter) hesabında sərt bəyanat yayıb: “FİFA irqçiliyi, nifrəti və disriminasiyanın hər bir formasını ən kəskin şəkildə pisləyir. Bu cür hərəkətlərin nə futbolda, nə Dünya Çempionatında, nə də ümumilikdə cəmiyyətdə yeri yoxdur”.

Qurumdan bildirilib ki, hadisə barədə məlumat daxil olan kimi dərhal xüsusi təhqiqata start verilib: “Dünya Çempionatı vəhdət, müxtəliflik və hörmət bayramıdır. Bu turnir dünyanın dörd bir yanından insanları, mədəniyyətləri və icmaları bir araya gətirir. Bu dəyərlərə kölgə salan heç bir şəxs bizim oyunumuzda arzuolunan deyil”.

Qeyd edək ki, gərgin keçən qarşılaşmada Argentina Kabo-Verde üzərində 3:2 hesablı çətin qələbə qazanıb. “IShowSpeed” tərəfi isə hələlik baş verən insidentlə bağlı rəsmi şərh verməyib.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09