2026-cı il Dünya Çempionatının 1/16 finalında Belçika millisi daxili gərginliyə və hesabda 0:2 geriliyə düşməsinə baxmayaraq, Seneqal üzərində əzmkar qələbə qazandı.
Matçın gedişatında diqqətçəkən əsas məqamlardan biri Yuri Tilemans və Leandro Trossard arasında yaşanan gərginlik oldu. İkinci hissənin əvvəlində Tilemansın ötürmə vermək əvəzinə asma etməsi Trossardı qəzəbləndirib və tərəflər arasında mübahisə yarandı. Komanda yoldaşı Nikolas Raskin və bir neçə Seneqal futbolçusunun müdaxiləsi ilə hadisənin davaya çevrilməsinin qarşısı alındı.
Seneqal 25 və 51-ci dəqiqələrdə vurduğu qollarla inamlı qələbəyə doğru gedirdi. Lakin baş məşqçinin Kevin De Brüyne və Jeremi Doku kimi ulduzları əvəzləməsindən sonra oyunun axarı dəyişdi. Əvvəlcə 86-cı dəqiqədə meydana sonradan daxil olan Romelu Lukaku fərqi minimuma endirdi. Cəmi üç dəqiqə sonra isə münaqişə edən iki futbolçu səhnəyə çıxdı: Trossardın asmasını Tilemans başla tora göndərərək hesabı bərabərləşdirdi – 2:2.
Oyun əlavə vaxta getdi. 117-ci dəqiqədə cərimə meydançasına daxil olan Moreyranın ötürməsindən sonra Lukakunun zərbəsi dirəkdən döndü. Lakin VAR yoxlaması zamanı epizoddan əvvəl Seneqalın müdafiəçisi Lamin Kamaranın Tilemansa qarşı kobud oynadığı məlum odlu və hakim penalti təyin erdi.
Seneqallı müdafiəçi Pate Siss vaxtı uzatmaq və rəqibin diqqətini yayındırmaq üçün penalti nöqtəsinin üzərinə uzansa da, bu, nəticəni dəyişmədi. 120+4-cü dəqiqədə topa yaxınlaşan kapitan Tilemans dəqiq zərbə ilə topu sağ “doqquzluğa” göndərərək komandasına qələbə qazandırdı – 3:2.
Belçika millisi 1/8 final mərhələsində ABŞ – Bosniya və Herseqovina cütünün qalibi ilə qarşılaşacaq.
Dünya Çempionatı, 1/16 final
Belçika – Seneqal 3:2
Qollar: H. Diarra (25), İ. Sarr (51) – R. Lukaku (86), Y. Tilemans (89, 120+4 pen.)
Belçika: Kurtua, De Keyper (Menye, 78), Teat, Mexele, Kastan, Vanaken (Moreyra, 63), Tilemans, Doku (Lukebakio, 56), De Brüyne (Raskin, 56), Trossard (Onana, 109), De Ketelare (Lukaku, 46)
Seneqal: Diav, Yakobs (M. Diuf, 93), Niakate, Siss, Diatta, H. Diarra (P. Sarr, 73), İ. Qeye (B. Ndiaye, 96), P. Qeye (Kamara, 66), Mane (Cekson, 93), İ. Sarr, İ. Ndiaye (Mbaye, 73)
Sarı vərəqələr: Mexele (64) – Kamara (67)
Baş hakim: Səid Martines (Honduras)Stadion: “Lümen Fild” (Sietl, ABŞ)