Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29
Ölkə futbolu

UEFA Çempionlar Liqasının liqa mərhələsinin ilk turunda bu gün İngiltərədə “Mançester Yunayted”in qonağı olacaq “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas qarşılaşma öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Litvalı mütəxəssis “Old Trafford”da keçiriləcək görüşün onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. Dambrauskas 2002-ci ildə İngiltərəyə gəldiyini və məşqçilik fəaliyyətinə “Manchester United Soccer School”da başladığını xatırladıb: “2002-ci ildə buraya lmişdim məşilik sahəsində ilk im “Manchester United Soccer School”da olmuşdu. Bu, “Old Trafford”da yerləşmirdi, ancaq ad və loqo eyni idi. Bununla qürur duyuram. İndi Çempionlar Liqasında baş məşqçi kimi buraya qayıdıb oynamaq mənim üçün çox xoşdur”.

Dambrauskas “Sabah”ın cəmi doqquz il əvvəl yaradıldığını və komandanın Mançesterə yollandığı gün klubun ildönümünü qeyd etdiyini də diqqətə çatdırıb: “Klubumuz 2017-ci il sentyabrın 8-də yaradılıb. Dünən təyyarəyə minəndə məhz klubun ad günü idi və biz bunu qeyd etdik”.

Baş məşqçi “Sabah”ın tarixində ilk dəfə Çempionlar Liqasının liqa mərhələsində mübarizə aparmasının klubun inkişafında mühüm mərhələ olduğunu vurğulayıb. Onun fikrincə, qarşıdakı oyunlar komandanın real gücünü müəyyənləşdirmək üçün böyük sınaq olacaq: “Hazırda məqsədimiz nəticə barədə düşünmək deyil. Biz yaxşı oyun göstərmək və dünyanın ən yaxşı komandalarından biri ilə qarşılaşarkən əslində nə qədər güclü olduğumuzu görmək istəyirik”.

Dambrauskasın sözlərinə görə, “Sabah”ın qarşılaşacağı rəqiblərin səviyyəsi klub üçün ciddi təcrübə olacaq. O, püşkatmadan sonra da qarşıdakı mərhələnin çox çətin keçəcəyini bildirdiyini xatırladıb: “Monakoda keçirilən püşkatma mərasimindən dərhal sonra da demişdim ki, çətin, özüdə çox çətin püşk ola bilər. Biz “Mançester Yunayted”, “Barselona”, “Arsenal”, “Borussiya Dortmund”, “Napoli” kimi komandalarla qarşılaşacağıq”.

Litvalı mütəxəssis bu oyunların “Sabah”ın hansı istiqamətdə inkişaf etməli olduğunu da göstərəcəyini düşünür: “Bu turnir və bu oyunlar bizim və klubumuz haqqında bir çox həqiqətləri üzə çıxaracaq. Hansı istiqamətdə getmək istədiyimizi, hara çatmaq istədiyimizi, hansı səhvlərə yol verəcəyimizi və bu səhvlərdən necə öyrənəcəyimizi göstərəcək”.

Dambrauskas “Old Trafford”da komandasından ilk növbədə öz futbolunu göstərməyi gözləyir: “Sabah əsas məsələ oyundan zövq almaq, bu xüsusi anı hiss etmək və həmin anın içində olmaqdır. Əlbəttə, bacardığımızın ən yaxşısını və hansı futbolu oynaya biləcəyimizi göstərmək istəyirik. Rəqabət apara bilərikmi? Futbol ictimaiyyətini təəccübləndirəcək nəsə edə bilərikmi? Biz məhz bunu görmək istəyirik”.

O, “Sabah”ın bu səviyyəyə yüksəlişini də qeyri-adi hadisə kimi qiymətləndirib. Dambrauskas klubun əvvəlki illərdə ardıcıl iki Avropa mərhələsini belə keçə bilmədiyini, indi isə Çempionlar Liqasının liqa mərhələsində mübarizə apardığını xatırladıb: “Həqiqətən də, anlayıram ki, bəzən təsəvvürümüzə belə sığmayan bir səviyyəyə çatmışıq. Biz daha əvvəl nə Konfrans Liqasına, nə də Avropa Liqasına vəsiqə qazanmışdıq. Əvvəlki illərdə ardıcıl iki mərhələni belə keçməmişdik. İndi isə birdən-birə Çempionlar Liqasındayıq”.

Baş məşqçi bu yüksəlişi 12 mərtəbəli binaya pilləkənlə qalxmağa bənzədib: “Təsəvvür edin ki, 12 mərtəbəli binaya daxil olursunuz və lift yoxdur. Birinci mərtəbədən birdən-birə beşinci və ya altıncı mərtəbəyə qalxa bilməzsiniz. Birinci, ikinci, üçüncü mərtəbələri keçməlisiniz. Biz isə bu binaya daxil olduq və hansısa şəkildə özümüzü ən yuxarı mərtəbədə tapdıq”.

Dambrauskas hesab edir ki, “Sabah”ın əsl gücü məhz belə rəqiblərlə oyunlarda üzə çıxacaq: “Yaxşı komanda olduğumuzu bilirik, amma nə qədər yaxşı olduğumuzu sabah görəcəyik. Çünki artıq dünyanın ən yaxşıları ilə mübarizə aparacağıq”.

O, bu mövsüm qarşılaşacaqları bəzi rəqiblərin dünya reytinqindəki yüksək mövqeyinə də diqqət çəkib: “Bu mövsüm qarşılaşacağımız ən güclü komandalardan üçü dünyanın ilk onluğundadır. Bizim həmin sıralamada harada olduğumuzu bilmirəm. İndi əsas məsələ bu fürsətə uyğun səviyyədə çıxış etmək və əlimizdən gələnin ən yaxşısını etməkdir”.

Dambrauskas üçün “Mançester Yunayted”lə qarşılaşmanın xüsusi simvolik tərəfi də var. O, illər əvvəl məşqçilik fəaliyyətinə “Manchester United Soccer School”da başlayıb, indi isə “Old Trafford”da həmin klubun qarşısına Çempionlar Liqasının baş məşqçisi kimi çıxacaq: “Çempionlar Liqasının liqa mərhələsində ilk dəfə iştirak etmək bizim üçün möhtəşəmdir. Üstəlik, “Mançester Yunayted”ə qarşı oynamaq bu qarşılaşmaya əlavə simvolik məna verir. Biz məhz belə möhtəşəm bir gecəni səbirsizliklə gözləyirik”.

Paylaş:

Xəbər Lenti

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27

Çempionlar Liqası başladı: “Aston Villa” səfərdə, AEK isə evdə qələbə qazandı

09.09.26 | 00:28