Dambrauskas “Hapoel”lə matç öncəsi: “Bənzər taktikaların hücum savaşı olacaq”

19.08.26 | 00:52
Ölkə futbolu

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində İsrailin “Hapoel Beer-Şeva” klubuna qarşı keçiriləcək ilk oyun öncəsi fikirlərini bölüşüb.
​Litva mütəxəssis Buxarestdə təşkil olunan mətbuat konfransında komandasının tarixi qarşılaşmaya hazır olduğunu bildirib: ​“Pley-off mərhələsi hər zaman xüsusi həyəcan yaradır. Klubumuz tarixində ilk dəfə bu mərhələdə mübarizə aparacaq və biz oyunu səbirsizliklə gözləyirik. Fürsətdən istifadə edib ‘Hapoel Beer-Şeva’nı pley-offa yüksəlməsi münasibətilə təbrik edirəm. İki komandadan biri Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanaraq tarix yazacaq. Bu yola başlayanda favorit hesab olunmurduq, hər zaman autsayder mövqeyində idik. Eyni sözləri rəqibimiz haqqında da demək olar. Lakin gördüyümüz iş, keyfiyyətimiz və futbolçuların nümayiş etdirdiyi oyunla burada olmağa layiq olduğumuzu sübut etdik”.
​Təcrübəli mütəxəssis rəqibin oyun üslubunu təhlil edərək maraqlı mübarizənin şahidi olacaqlarını vurğulayıb: ​“Bizi çox maraqlı qarşılaşma gözləyir, çünki bir-birinə çox bənzəyən iki komanda üz-üzə gələcək. Hər iki kollektiv presinq etməyi, oyuna nəzarəti ələ almağı və üstünlük qurmağı sevir. Hər iki tərəf ilk növbədədə hücum, daha sonra müdafiə haqqında düşünür. Görək bizi nə gözləyir. Bakıdan bura tam heyətlə gəlmişik, zədəli futbolçumuz yoxdur. Məşqimiz olacaq və komanda oyuna tam hazırdır”.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09