Cüdoçularımız qitə çempionatında medal mübarizəsini davam etdirir

16.04.26 | 14:47
Digər növlər

Gürcüstanın paytaxtı Tbilisi şəhərində start götürən böyüklər arasında Avropa çempionatının ilk günü Azərbaycan millisi üçün məhsuldar keçir. Komandamızın bir neçə üzvü artıq medallar uğrunda həlledici mərhələyə adlayıb.

Təsəlliverici görüşlərdə inamlı çıxış edən iki cüdoçumuz bürünc medal qazanmaq şansını qoruyub saxlayıb. Əhməd Yusifov (60 kq) fransalı rəqibi Roman Pikardı məğlub edərək üçüncü yer uğrunda görüşə vəsiqə qazanıb. Turan Bayramov (66 kq) isə moldovalı Radu İzvoreanunu üstələyərək bürünc medal mübarizəsinə qoşulub.

Günün ən uğurlu çıxışlarından birini Şəfəq Həmidova (48 kq) və Balabəy Ağayev (60 kq) nümayiş etdiriblər. Hər iki idmançımız rəqiblərini sıradan çıxararaq adlarını yarımfinala yazdırıblar. Onlar finala yüksəlmək üçün tatami üzərinə çıxacaqlar.

əəssüf ki, qadınların mübarizəsində Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva və Leyla Əliyeva (hər ikisi 52 kq) rəqiblərinə məğlub olaraq turnirdə çıxışlarını başa vurublar.

Xatırlada ki, qitə çempionatına millimiz 15 cüdoçu (9 kişi və 6 qadın) ilə təmsil olunur. Aprelin 19-dək davam edəcək yarışda növbəti günlərdə digər çəki dərəcələrində də idmançılarımız mübarizəyə qoşulacaqlar.

Paylaş:

Xəbər Lenti

Cüdoçularımız Düşənbəyə yollanır

16.04.26 | 18:04

Manafov CAR-a qayıdır: Müdafiəçinin “Qəbələ” macərası başa çatır

16.04.26 | 17:51

Şümşad Bəhramov: “Cüdo tarixi belə ədalətsizlik görməyib”

16.04.26 | 17:39

Cüdoçularımız qitə çempionatında medal mübarizəsini davam etdirir

16.04.26 | 14:47

Turun hakim təyinatları bəlli oldu

16.04.26 | 14:34

Portuqaliyada qələbə

16.04.26 | 14:29

Rui Jorjenin korpusu formalaşır: U-21-də yeni təyinat

16.04.26 | 14:34

“Sabah” – “Qarabağ” matçına biletlərin üçdə biri artıq satılıb

16.04.26 | 14:09

Avropa çempionatı: Ağayev yarımfinalda, Həmidovadan böyük sensasiya

16.04.26 | 13:46

Konfrans Liqası: Fransada ümid, digər meydanlarda möcüzə axtarışı

16.04.26 | 13:07

Avropa Liqasında status-kvo qorunacaq, yoxsa sürpriz baş verəcək?

16.04.26 | 13:35

Messiyə şok ittiham: Məhkəmə qarşısında!”

16.04.26 | 09:20

Marko van Basten şokdadır: “Həyat yoldaşımın daxilinə şeytan girdiyini deyir!”

16.04.26 | 07:57

Avropa çempionatı: Nicat Abasov və Aydın Süleymanlı liderlər qrupunda

16.04.26 | 07:53

Arda Gülərin tarixi rekordları “Real”a yetmədi

16.04.26 | 07:38

“Arsenal” adını növbəti mərhələyə yazdırdı

16.04.26 | 07:10

Yevgeni Kukseviç: “Məğlub olsaq da, göstərdiyimiz oyun qələbəyə bərabərdir”

15.04.26 | 20:41

Yüksək liqada finalın vaxtı açıqlandı

15.04.26 | 17:58

“Qəbələ” İbrahim Sanqare ilə yollar ayrılır

15.04.26 | 13:15

Zamik Əliyev Danimarka klubunun hədəfindədir

15.04.26 | 13:51