Cüdoçularımız Praqadan 9 medalla döndülər

06.07.26 | 00:45
Digər növlər

Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa Kubokuna yekun vurulub. 33 ölkədən 455 cüdoçunun mübarizə apardığı turnirin son günündə Azərbaycanın 15 təmsilçisi tatamiyə çıxıb.

Yarışın son günündə olduqca uğurlu çıxış edən idmançılarımız turniri zəngin medal kolleksiyası ilə başa vurublar. Belə ki, tatamiyə çıxan cüdoçularımızdan Mehdi Abbasov (81 kq) və Ramazan Əhmədov (+100 kq) bütün rəqiblərinə qalib gələrək Avropa Kubokunun qızıl medalına sahib olublar. Yalnız finalda uduzan Cəsur İbadlı (81 kq), Canpolad Əliyev (100 kq) və Nərgiz Əhmədova (48 kq) fəxri kürsünün ikinci pilləsinə qalxaraq gümüş medala seviniblər. Millimizin digər üzvləri – Süleyman Şükürov (90 kq), Davud Namazlı (100 kq) və Xədicə Qadaşova (57 kq) isə həlledici qarşılaşmalarda əzmkar mübarizə nümayiş etdirərək turniri bürünc mükafatla tamamlayıblar.

Ölkəmiz turniri ümumilikdə 9 medalla (2 qızıl, 4 gümüş, 3 bürünc) başa vurub. Bu göstərici ilə yığmamız ümumi komanda hesabında Yaponiya (3-2-2) və Ukraynadan (3-0-1) sonra 3-cü yeri tutub. Kişi cüdoçulardan ibarət millimiz isə komanda hesabında bütün rəqiblərini qabaqlayaraq Avropa Kubokunun qalibi olub.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46