4-5 iyul arlığında Çexiyanın paytaxtı Praqada cüdo üzrə gənclər arasında Avropa Kuboku keçiriləcək.
Yarışda Azərbaycanı 21 idmançı (14 oğlan, 7 qız) təmsil edəcək. Heyətdə gənclər arasında Avropa çempionları Nihad Məmişov (60 kq), Məhəmməd Musayev (66 kq), Süleyman Şükürov (90 kq) və yeniyetmələrin dünya çempionu Xədicə Qədəşova (57 kq) kimi idmançılarımız da yer alıb.
Bu turnir sentyabrın 3-6-da Monteneqronun Podqoritsa şəhərində keçiriləcək Avropa çempionatı öncəsi millimiz üçün son hazırlıq xarakteri daşıyır.
Avropa Kubokunda ümumilikdə 33 ölkədən 450-dən çox cüdoçu mübarizə aparacaq.