ÇSKA-nın müdafiəçisi: “Qarabağ” yüksək səviyyəli komandadır, Bakıda əlimizdən gələni edəcəyik”

22.07.26 | 15:27
Ölkə futbolu

Bolqarıstanın ÇSKA klubunun müdafiəçisi Teodor İvanov Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb.

Vasil Levski adına hava limanında Bakıya yola düşməzdən əvvəl “Topsport.bg” portalına açıqlama verən futbolçu rəqibin gücünə diqqət çəkib: “Komandamızın oyuna tam hazır olduğunu düşünürəm. “Qarabağ” kifayət qədər yüksək səviyyəli raqibdir. Bakıda yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

İvanov ölkə çempionatının startında “Slaviya” ilə bərabərə qaldıqları oyuna da toxunaraq, öz potensiallarını göstərə bilmədiklərini etiraf edib: “Həmin matçda lazımi əzm və həvəsi göstərə bilmədik, real potensialımızı nümayiş etdirmədik. ÇSKA üçün heç-heçə məğlubiyyətə bərabərdir. İndi ən vacibi keyfiyyətli futbolla qələbə qazanıb komandadakı əhval-ruhiyyəni yüksəltməkdir”.

Gənc müdafiəçi komanda ətrafındakı təzyiqdən və Bakıdakı matçda azarkeş dəstəyinin olmamasından da söz açıb: “Təzyiq həmişə var. Əgər təzyiq hiss olunursa, deməli, nəyisə yaxşı edirsən. Azarkeşlərimiz uğurlarımızın 50 faizini təşkil edir. Bakıda yanımızda ola bilməyəcəklər və əlbəttə, onların yoxluğunu hiss edəcəyik. Lakin onları televiziya qarşısında sevindirmək üçün meydanda sonadək mübarizə aparacağıq”.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46