Çempionlar Liqasında gecənin sensasiyası: “Fənərbaxça” “Liverpul”u məğlub etdi

05.11.26 | 01:28
Dünya futbolu

UEFA Çempionlar Liqasının Liqa mərhələsində IV turun növbəti oyunları keçirilib. Günün ilk iki qarşılaşmasında eyni hesab qeydə alınıb. İstanbulda “Fənərbaxça” İngiltərənin “Liverpul” klubunu, Afinada isə “Real” İspaniyaya dramatik qələbə ilə qayıdıb. Hər iki görüş 3:2 hesabı ilə başa çatıb.

İstanbul təmsilçisi doğma meydanda “Liverpul” üzərində əzmkar qələbə qazanıb. Bu, İngiltərə klubunun cari mövsüm Çempionlar Liqasında ilk məğlubiyyəti olub.

Qarşılaşmada hesabı 25-ci dəqiqədə qonaqların gənc futbolçusu Trey Nyon açıb. O, “Liverpul”un əsas komandasında ilk qolunu vurub. Lakin cəmi 4 dəqiqə sonra Meyson Qrinvud cərimə zərbəsindən fərqlənərək tarazlığı bərpa edib. Onun zərbəsindən sonra top Ceremi Jakeyə dəyərək qapıdan keçib.

İkinci hissədə Aleksandr İsakın meydana çıxması “Liverpul”a yenidən üstünlük qazandırıb. O, Kodi Qakponun ötürməsindən sonra başla topu tora göndərib.

Ancaq “Fənərbaxça” təslim olmayıb. Arçi Braun 73-cü dəqiqədə yaxın məsafədən hesabı bərabərləşdirib. Cəmi 6 dəqiqə sonra isə Braunun sol cinahdan ötürməsini Vedat Muriqi başla qola çevirərək İstanbul klubuna qələbə qazandırıb – 3:2.

“Real” səfərdə AEK üzərində çətin qələbə qazanıb. Madrid klubu iki dəfə hesabda geri düşsə də, qarşılaşmanın son dəqiqələrində vurduğu qolla üç xalı aktivinə yazdırıb.

Yunanıstan təmsilçisi Abubakari Koytanın qolu ilə hesabı açıb. “Real”ın cavabı Cud Bellingemdən gəlib. İlk hissə 1:1 hesabı ilə başa çatıb.

AEK 75-ci dəqiqədə Stavros Piliosun qolu ilə yenidən önə keçib. Lakin Kilian Mbappe cəmi 3 dəqiqə sonra hesabı bərabərləşdirib. Görüşdə son nöqtəni isə 90+2-ci dəqiqədə cərimə meydançasından kənardan möhtəşəm zərbə ilə fərqlənən Federiko Valverde qoyub – 3:2.

Çempionlar liqası

Liqa mərhələsi, 4-cü tur

AEK – “Real” 2:3

Koyta, 12, Pilios, 75 – Bellingem, 32, Mbappe, 78, Valverde, 90+2

“Fənərbaxça” – “Liverpul” 3:2

Qrinvud, 29, Braun, 73, Muriqi, 79 – Nyon, 25, İsak, 69

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09