Çempionlar Liqasında erkən final: “PSJ” “Bavariya”ya qarşı

28.04.26 | 08:23
Dünya futbolu

Çərşənbə axşamı Çempionlar Liqasının son qalibi “PSJ” Fransa paytaxtında “Bavariya”nı qəbul edəcək. Bütün futbol azarkeşlərinin diqqət mərkəzində olan bu möhtəşəm qarşılaşmanın cavab matçı isə mayın 6-da baş tutacaq.

Ötən həftəsonu turnirin yarımfinalçıları daxili liqalarında qələbə qazansalar da, “Bavariya” bunu daha ecazkar şəkildə etdi. “Maynts” səfərinə rotasiyalı heyətlə çıxan Münhen təmsilçisi fasiləyə 3:0 geridə yollandı. Lakin belçikalı mütəxəssis Vensan Kompani Harri Keyn, Maykl Olise və Camal Musiala kimi əsas ulduzlarını meydana buraxdıqdan sonra oyunun gedişatı tamamilə dəyişdi. Hər üç oyunçunun fərqlənməsi ilə Almaniya çempionu 4:3 hesablı inanılmaz geri dönüşə imza atdı.

Son aylardakı mükəmməl forması “Bavariya”nı turnirin əsas favoritinə çevirir. Artıq Bundesliqa çempionluğunu rəsmiləşdirən “pivəçilər” mayın 23-də Almaniya kubokunun finalında “Ştutqart”la qarşılaşacaq. Onlar yarımfinalçılar arasında bu mövsüm “trebl” (üçqat çempionluq) etmək şansını qoruyan yeganə komandadır.

Bu matç xüsusilə Camal Musiala üçün əlavə prinsipiallıq daşıyır. Gənc ulduz iyul ayında Klublararası Dünya Çempionatının 1/4 finalında məhz “PSJ”yə qarşı uduzduqları (0:2) matçda ayağını sındırmışdı. Yanvarda yaşıl meydanlara dönən Musiala, Çempionlar Liqasının qrup mərhələsində “Bavariya”nın Parisdə 2:1 hesablı qələbəsi ilə yekunlaşan oyunu da buraxmaq məcburiyyətində qalmışdı.

Digər tərəfdə isə olduqca gözlənilməz bir “PSJ” var. Son aylar ərzində 5 kubok qazanan və Klublararası Dünya Çempionatının finalına qədər irəliləyərək orada “Çelsi”yə uduzan parislilər, bu mövsüm daxili turnirlərdə əvvəlki dominantlıqdan uzaqdırlar. Luis Enrikenin rəhbərlik etdiyi komanda Fransa Kubokunun 1/16 finalında gözlənilməz ev məğlubiyyəti ilə turnirlə vidalaşıb. Çempionatın sonuna 4 tur qalmış isə ən yaxın izləyicisi “Lans”ı cəmi 6 xal qabaqlayırlar. Keçən il ikinci yerlə aralarındakı fərqin 19 xal olduğunu xatırlasaq, bu, ciddi enişin göstəricisidir.

Çempionlar Liqasının qrup mərhələsindəki 8 oyundan cəmi 14 xal toplayan “PSJ” 1/8 finala vəsiqə qazanmaq üçün pley-off oynamağa məcbur olmuşdu. “Monako” səddini çətinliklə (3:2, 2:2) keçən parislilər daha sonra inamlı çıxış edərək “Çelsi”ni (5:2, 3:0) və “Liverpul”u (2:0, 2:0) turnirdən kənarlaşdırdı.

UEFA-nın rəsmi saytına danışan “Qızıl top”un sahibi Usman Dembele inamlıdır: “Düşünürəm ki, keçən mövsümlə eyni səviyyədəyik. Kuboklar qazanmaq əzmimiz hələ də yerindədir və sona qədər mübarizə aparacağıq”.

“PSJ” 1992/93 mövsümündən bəri Çempionlar Liqası kubokunu ardıcıl iki dəfə qazanan ikinci komanda ola bilər (bundan əvvəl bunu 2017 və 2018-ci illərdə yalnız “Real” bacarıb). Luis Enrike isə hədəflərinin dəyişmədiyini vurğulayıb: “Avropanın ən yaxşısına qarşı mübarizəyə hazırıq. Lakin unudulmasın ki, son çempion bizik və bu titulu heç kimə vermək niyyətimiz yoxdur”.

Çempionlar Liqası, 1/2 final (İlk oyun)

28 aprel 23:00 PSJ (Fransa) – Bavariya (Almaniya)

TV: CBC Sport, TRT 1

Stadion: “Park de Prens”

Paylaş:

Xəbər Lenti

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46

Avropa kubokunda möhtəşəm start

16.05.26 | 23:27

Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19

“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10

Qurban Qurbanov: “Futbolçular Azərbaycana gəlmək istəmir”

16.05.26 | 21:16

“Liverpul”da böhran: Salahdan Arne Slota ağır ittihamlar və ÇL həyəcanı

16.05.26 | 21:07

Jorj Kaşkilya gələcək taleyi ilə bağlı sualları cavablandırdı: “Mediada yazılanlar yalandır”

16.05.26 | 21:23

Yeniyetmə güləşçilər Avropa birinciliyində medalları sıralayır

16.05.26 | 20:24

Millimizin Macarıstan toplanışı qələbələrlə başa çatdı

16.05.26 | 20:43

Kurban Berdiyevdən hakimlik ittihamı: “Meydandakı aqressiyanın səbəbkarı onlar idi”

16.05.26 | 20:45

Ayhan Abbasovdan səmimi açıqlama: “Futbolçularım iddialı klubların hədəfinə çevriliblər”

16.05.26 | 20:03

“Sabah” litvalı baş məşqçi ilə vidalaşdı

16.05.26 | 20:21

Gümüş və bürünc medalların sahibləri bəlli oldu!

16.05.26 | 17:05

DÇ-2026 ərəfəsində FİFA-ya gözlənilməz xəbərdarlıq

16.05.26 | 13:15

Mahir Emreli “Kayserslautern”dən gedir

16.05.26 | 13:55

“Araz-Naxçıvan” “Kəpəz”ə şans vermədi

16.05.26 | 09:18