“Çelsi”də maraqlı qadağa xəbərdarlığı: əməkdaşlardan “Fantasy”də diqqətli olmaq tələb edildi

11.11.26 | 22:45
Dünya futbolu

“Çelsi” klubu əməkdaşlarına “Fantasy Premier League” oyununda iştirak edərkən ehtiyatlı olmağı tövsiyə edib. Buna səbəb komandanın hücumçusu Joao Pedronun zədəsi ilə bağlı məlumatın oyun vasitəsilə vaxtından əvvəl sızdırılması şübhəsidir.

BBC və ESPN-in məlumatına görə, London təmsilçisi əməkdaşlarına elektron məktub göndərərək virtual komandalarında etdikləri dəyişikliklərin klubun məxfi məlumatlarını istəmədən üzə çıxara biləcəyi barədə xəbərdarlıq edib.

Hadisə oktyabrın 24-də keçirilən “Çelsi” – “Tottenhem” (0:2) matçı öncəsi baş verib. Həmin görüşdə Joao Pedro bud nahiyəsinin arxa əzələsindəki zədə səbəbindən gözlənilmədən iştirak etməyib. Lakin klubun rəsmi açıqlamasından əvvəl bəzi “Fantasy Premier League” istifadəçiləri braziliyalı hücumçunun meydana çıxmayacağını təxmin ediblər.

İstifadəçilər “Çelsi” futbolçuları və əməkdaşları ilə əlaqəli hesabları izləyərək onların bəzilərinin Joao Pedronu virtual heyətlərindən çıxardığını görüblər. İddialara görə, belə hesablar arasında hücumçu Morqan Rocersin də profili olub. Bu isə klub daxilində bəzi şəxslərin futbolçunun zədəsi barədə əvvəlcədən məlumatlı olması ehtimalını gündəmə gətirib.

“Çelsi”nin baş məşqçisi Xabi Alonso da oyundan sonra məsələ ilə bağlı suala qısa cavab verib: “Fantasy” oynamıram, buna görə də bu barədə məlumatım yox idi”.

BBC-nin məlumatına görə, klub əməkdaşlarına komanda ilə bağlı məxfi informasiyadan virtual heyətlərin formalaşdırılması zamanı istifadə etməyin yolverilməz olduğunu xatırladıb. Hələlik “Çelsi” əməkdaşlarına bu oyunda iştirak etməyi qadağan etmək niyyətində deyil. Klub əlavə xəbərdarlıqla kifayətlənməyi planlaşdırır.

Qeyd edək ki, “Çelsi”də heyət məlumatlarının sızması ilə bağlı ilk belə hadisə deyil. Ötən mövsüm PSJ ilə Çempionlar Liqasının hər iki oyunu öncəsi London klubunun start heyəti mətbuata sızmışdı. Bundan başqa, apreldə müdafiəçi Mark Kukurelyanın bərbəri sosial şəbəkədə Koul Palmer və Joao Pedronun “Brayton”la qarşılaşmanı buraxacaqlarını açıqlamışdı.

Hazırda “Fantasy Premier League” oyununda 11 milyondan çox istifadəçi iştirak edir. Premyer Liqada futbolçuların və klub əməkdaşlarının bu oyunda iştirakını qadağan edən konkret qayda yoxdur. Belə məhdudiyyətlərin tətbiqi hər bir klubun öz qərarından asılıdır.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09