Braziliya və Mərakeş favorit statusunu təsdiqlədi

25.06.26 | 01:50

“Selesao” artıq DÇ-2026-nın pley-off mərhələsinə vəsiqəni təmin etdiyindən, Şotlandiya ilə oyunda əsas məqsəd 1/16 finala hansı pillədən yüksələcəklərini müəyyənləşdirmək idi. C qrupunun lideri növbəti mərhələdə F qrupunun ikincisi (Niderland, Yaponiya və ya İsveç), qrup ikincisi isə həmin qrupun lideri ilə qarşılaşacaq.

Braziliyalılar üçün qrupda üçüncü yeri tutmaqdan yayınmaq olduqca vacib idi, çünki bu ssenaridə pley-offda Fransa və ya Almaniya ilə qarşılaşma ehtimalı yaranırdı. Pentakampeonlar tərəfdarlarını məyus etmədilər və sonda şotlandlar üzərində inamlı qələbə qazandılar.

Qarşılaşmanın ən maraqlı məqamı isə 34 yaşlı Neymarın meydana çıxması oldu. “Selesao”nun baş məşqçisi Karlo Ançelotti 75-ci dəqiqədə Mateus Kunyanın əvəzinə Neymarı meydana buraxdı. Bu, Neymarın 2023-cü ilin oktyabrından bəri Braziliya yığmasının heyətində çıxdığı ilk rəsmi qarşılaşma idi.

Qrupun digər oyununda isə gözlənilməz hadisə baş verdi. Oyunun əvvəlində Haiti millisi hesabı açdı – Mərakeşin qapıçısı Bunu topu öz qapısından keçirərək avtoqol müəllifi oldu. Ancaq erkən buraxılan qol afrikalıları ruhdan salmadı. İlk hissənin sonlarında komandalar qarşılıqlı qol şousu nümayiş etdirərək qısa müddətdə 3 qola imza atdılar. Əsas vaxtın sonunda isə “Atlas şirləri” matçda dördüncü qollarını vuraraq rəqibi tamamilə məyus etdilər.

Şotlandiya – Braziliya – 0:3

Qollar: Vinisius, 7, 45+3, Kunya, 60

Baş hakim: Sesar Arturo Ramos Palasuelos (Meksika)

Şotlandiya: Qann, Patterson (Rolston, 82), Makkenna, Hendri, Robertson (Tirni, 46), Douk (Kristi, 82), Maklin, Ferqyuson, Maktominey, Makginn (Adams, 90+2), Şenklend (Kertis, 90+2)

Braziliya: Alisson, Danilo da Silva, Markinyos, Qabriel, Duqlas Santos (Aleks Sandro, 82), Bruno Qimaraeş, Kazemiro (Fabinyo, 66), Paketa (Martinelli, 66), Rayan (Endrik, 82), Kunya (Neymar, 76), Vinisius

Xəbərdarlıqlar: Kristi, 89 – Danilo, 62, Fabinyo, 83

Stadion: “Hard Rok Stedium” (Mayami, ABŞ)

Şotlandiya – Braziliya – 0:3

Qollar: Vinisius Junior, 7, 45+3, Mateus Kunya, 60

Mərakeş – Haiti – 3:2

Qollar: Hakimi (39), Saybari (45+1), Rahimi (78) – Bunu (10, avtoqol), İsidor (43)

Hakim: Denni Desmond Makkeli (Niderland)

Mərakeş: Bunu, Hakimi, Halhal, Riad, Salah-Eddin (El-Murabet, 83), Amrabat, El Aynaui (Mazraui, 83), Dias (Unahi, 70), Saybari (Rahimi, 70), El-Hannus, El-Kaabi (Yassin, 70).

Haiti: Plasid, Düvern (Arkü, 80), Ade, Delkrua, Eksperiens, Kasimir, Jan-Jak (Simon, 80), Belqard, Providens (Nazon, 67), İsidor (Didson, 67), Jozef (Pyerro, 83).

Xəbərdarlıqlar: Nazon (79), Kasimir (93)

Stadion: “Atlanta Stadium” (Atlanta, ABŞ)

Paylaş:

Xəbər Lenti

ÇL: Birinci raundun nəticələri

16.07.26 | 08:07

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49

Luis de la Fuente: “Özümüzü məğlubedilməz hiss edirik”

15.07.26 | 14:52

Azər Məmmədov: “Bəzi mövqeləri gücləndirməliyik, transferlər üzərində işləyirik”

15.07.26 | 14:01

“Sabah”dan növbəti qələbə və ölkə reytinqinə vacib töhfə

15.07.26 | 13:28

“Şamaxı”dan növbəti legioner transferi

15.07.26 | 13:49

Didye Deşamdan tarixi rekord: Dünya çempionatlarında ən çox oyuna çıxan məşqçi!

15.07.26 | 13:05

İspaniya millisindən tarixi Avropa rekordu: Pley-offlarda ardıcıl 8 qələbə

15.07.26 | 12:05

Kreyq Harrison: “İlk qol planlarımızı tamamilə pozdu”

15.07.26 | 12:41