Bu gün futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsinin püşkü atılacaq. Ölkəmizi turnirdə təmsil edən “Qarabağ”ın rəqibinin adına aydınlıq gətirəcək.
Püşkatma zamanı səpələnmişlər səbətində qərarlaşan “Köhlən atlar”ın potensial rəqiblərinin siyahısı belədir: “Jilina” (Slovakiya), “Voyvodina” (Serbiya), “Universitatya Kluj” (Rumıniya), “Aluminiy” (Sloveniya), “Derri Siti” (İrlandiya) və “Vestri” (İslandiya).
Tədbir Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Qeyd edək ki, bu mərhələnin ilk matçları iyulun 9-u, cavab oyunları isə iyulun 16-sı baş tutacaq.