Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatı davam edir. Yarışın ikinci günündə ölkəmizin yunan-Roma güləşi üzrə yığma komandasının daha 5 üzvü mübarizəyə qoşulacaq.
Bu gün xalça üzərinə çıxacaq Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq), Ruslan Nurullayev (72 kq), Qurban Qurbanov (82 kq) və Murad Əhmədiyev (97 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq üçün güclərini sınayacaqlar.
Aprelin 26-dək davam edəcək qitə birinciliyində Azərbaycan ümumilikdə 25 güləşçi ilə təmsil olunur.