UEFA Millətlər Liqasında 6-cı turun həyəcanı davam edir. Bu gün azarkeşləri 10 qarşılaşmadan ibarət zəngin oyun proqramı gözləyir.
Günün mərkəzi qarşılaşmaları isə A Liqasının 2-ci qrupuna – qitənin futbol nəhənglərinin üz-üzə gələcəyi dramatik matçlara təsadüf edir. Bu axşam baş tutacaq Almaniya – Niderland və Yunanıstan – Serbiya duelləri qrupdakı yekun düzəni müəyyənləşdirəcək.
Niderland millisi 11 xalla qrup lideridir. Yunanıstan və Almaniya 8 xalla müvafiq olaraq 2-3-cü yerləri bölüşürlər. Serbiya isə xalsız sonuncu pillədə qərarlaşıb.
| Tarix | Saat | Qarşılaşma | Kanal |
| 16 noyabr | 19:00 | Qazaxıstan – Slovakiya | |
| 16 noyabr | 19:00 | Farer adaları – Moldova | |
| 16 noyabr | 21:00 | İslandiya – Lüksemburq | |
| 16 noyabr | 21:00 | Estoniya – Bolqarıstan | |
| 16 noyabr | 21:00 | Litva – Lixtenşteyn | |
| 16 noyabr | 23:45 | Cəbəllütariq – Malta | |
| 16 noyabr | 23:45 | Almaniya – Niderland | A Haber |
| 16 noyabr | 23:45 | Yunanıstan – Serbiya | A Spor |
| 16 noyabr | 23:45 | Şimali Makedoniya – Sloveniya | |
| 16 noyabr | 23:45 | İsveçrə – Şotlandiya |