Fransa millisinin sabiq hücumçusu Kristof Düqarri Kilian Mbappenin şəxsi ambisiyaları ilə bağlı açıqlamalarına sərt reaksiya verib.
“Real”ın və Fransa yığmasının ulduzu 2026-cı ili təsirli fərdi statistikayla başa vursa da, komanda səviyyəsində heç bir titul qazana bilməyib. Buna baxmayaraq, Mbappe “Qızıl top”un kollektiv uğurlara görə yox, fərdi nailiyyətlərə görə verildiyini əsas gətirərək əsas namizəd olduğunu açıqlayıb. 1998-ci ilin dünya və 2000-ci ilin Avropa çempionu Düqarri isə həmvətnisinin bu mövqeyini qəbuledilməz sayır.
“Fərdi mükafatı ictimai şəkildə dilə gətirmək, onu istəmək mənim üçün uşaqcasına və acınacaqlıdır. Xüsusilə də milli komandanın kapitanı kimi bu cür istək ortaya qoymağın heç bir uca tərəfi yoxdur. Futbol getdikcə daha çox fərdiyyətçi idman növünə çevrilir və bu, məni hiddətləndirir. Özünüzdən və fərdi mükafatlardan danışmaq əvəzinə, komandadan, ümumi uğurdan və qazana bilmədiyiniz, lakin qazanmaq istədiyiniz kuboklardan danışmalısınız”, – deyə Düqarri “Goal” nəşrinə açıqlamasında bildirib.
Xatırladaqdık ki, 2026-cı ilin “Qızıl top” mükafatlandırma mərasimi oktyabrın 26-da Londonda keçiriləcək. Mükafatın son sahibi isə PSJ ilə ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi olan digər fransalı futbolçu Usman Dembeledir.