“Qarabağ”ın rəqiblərindən fərqli oyun: “Liverpul”dan qələbə, “Ayaks”dan məğlubiyyət

17.09.25 | 13:30
Dünya futbolu

UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci oyun günü iki oyunla başlayıb. Pireydə “Olimpiakos” gözlənilmədən turnirin debütantı olan Kiprin “Pafos” klubunun müqavimətini qısa bilməyib. Erkən başlayan ikinci oyun daha maraqlı olub. Burada Praqa “Slaviya”sı qələbənin bir addımlığında olsa da, Norveç “Bude Qlimt”i son dəqiqədə məğlubiyyətdəm qaça bilib. “Qarabağ”ın rəqibləri isə fərqli oyun göstərib. “Liverpul” 6 dəqiqəyə 2 qol vurmaqla qələbə təmin etmiş kimi görünsə də, “Atletiko” müqavimət göstərib və hesabı bərabərləşdirib. Yalnız Van Deykin uzatmalarda vurduğu qol ingilislərə qələbə gətirib. “Liverpul” gözlənildiyi kimi çox yaxşı təsit bağlşlayıb. Lakin “Ayaks” “İnter”ə müqavimət göstərə bilməyib. Milan klubu fransız Markus Türamın qolları ilə çətinlik çəkmədən qələbə qazanıb. Fransa millisinin hücumçusu qarşıdakı seçmə oyunda Azərbaycan yığması üçün ciddi təhlükə olacağı siqnalını da verib. “Ayaks” isə “Qarabağ” üçün heç qorxulu rəqib deyil. Bu oyundan sonra demək olar ki, elə “Benfika” səviyyəsində komandadır və ağdamlılar bu komandadan xal ala bilər.


“Olimpiakos” (Yunanıstan) – “Pafos” (Kipr) 0:0

“Slaviya” (Çexiya) – “Bude Qlimt” (Norveç) 2:2

Qollar: Mboci, 23; 74 – Bassi, 78. Fet, 90.

PSJ (Fransa) – “Atalanta” (İtaliya) 4:0

Qollar: Markinyos, 3. Kvaratsxeliya, 39. Nunu Mendeş, 51. Ramuş, 90+1.

“Bavariya” (Almaniya) – “Çelsi” (İngiltərə) 3:1

Qollar: Çaloba, 20-avtoqol. Keyn, 27-pen.; 63 – Palmer, 29.

“Liverpul” (İngiltərə) – “Atletiko” (İspaniya) 3:2

Qollar: Robertson, 4. Salah, 6. Van Deyk, 90+2 – Lorente, 45+3; 81.

“Ayaks” (Niderland) – “İnter” (İtaliya) 0:2

Qollar: Türam, 42; 47.

Paylaş:

Xəbər Lenti

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20