İngiltərə “Brentford” klub tarixinin ən bahalı transferini gerçəkləşdirib.
London təmsilçisi Fransanın “Lans” klubundan mali əsilli yarımmüdafiəçi Mamadu Sanqareni təxminən 45 milyon avro (39 milyon funt sterlinq) qarşılığında heyətinə qatıb. 22 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. Sazişin daha bir il uzadılması imkanı da nəzərdə tutulub.
Premyer Liqa təmsilçisi “Brentford”un baş məşqçisi Kit Endryus yeni transfer barədə yüksək fikirlər səsləndirib: “Mamadu uzun müddətdir izlədiyimiz futbolçulardan biri idi və onu mütləq heyətimizə qatmaq istəyirdik. O, təvazökar, lakin məqsədyönlü və karyerasında uğur qazanmağa böyük həvəsi olan gəncdir. Həm meydanda, həm də meydandan kənarda bütün gözləntilərimizi doğruldub”.