Braziliya millisi Dünya Çempionatında FİFA-nın rəsmi protokolunu bilərəkdən pozaraq maraqlı addım atıb. Qaydalara görə, himnlər səsləndikdən dərhal sonra ehtiyat oyunçular meydanı tərk etməlidir. Lakin “Sambaçılar” bu qaydaya tabe olmayaraq fərqli bir aksiya reallaşdırıblar.
“O Globo” nəşrinin yaydığı məlumata görə, Mərakeşlə oyundan öncə komandanın liderləri paltardəyişmə otağında “Biz bir yerdəyik” mesajı ilə tam heyətlə şəkil çəkdirmək qərarına gəliblər. Meydanda çiyin-çiyinə dayanan futbolçuların bu fotosu qısa süddətdə virusa çevrilib. Komanda eyni addımı Haiti ilə matçda da təkrarlayıb.
“Belə məqamlarda bir araya gələrək atdığımız kiçik addımlar, çatmaq istədiyimiz böyük hədəfin bir parçasıdır”. – Mateus Kunya
Jurnalistlərin diqqətindən qaçmayan əsas məqam isə fotoda 26 futbolçudan 25-nin yer alması olub. Komandanın əsas ulduzu Neymarın heyətdə olmamasının səbəbi sadədir: o, ilk oyunda mülki geyimdə ehtiyat skamyasında əyləşdiyindən matçöncəsi mərasimə qatıla bilməyib.
Braziliya mətbuatı bu hadisəni komandanın çempion olduğu DÇ-1994-lə müqayisə edib. O vaxt da “sambaçılar” meydana əl-ələ tutaraq çıxmış və bu vizual simvolla çempionluq yolunda güclü bir birlik mesajı vermişdilər.