DÇ-2026-nın qrup mərhələsinin III turunda Şotlandiya qapısından 3 top keçirən Braziliya millisi dünya çempionatları tarixinin ən məhsuldar komandası ünvanını geri qaytarıb. Hazırda aktivində 244 qol olan “pentaçempionlar” ən yaxın izləyicisi Almaniyanı (241 qol) 3 top qabaqlayır. Lakin bundestim hələ 3-cü tur oyununa çıxmayıb. Almanlar qrupdakı son matçda Ekvadorla qarşılaşacaq.
Dünya çempionatları tarixində 100 və daha çox qol vuran yığmaların siyahısı isə belədir:
Braziliya – 244
Almaniya (AFR) – 241
Argentina – 157
Fransa – 142
İtaliya – 128
İspaniya – 112
İngiltərə – 108
Niderland – 103