Böyük final öncəsi PSJ-yə xoş xəbər: Ulduzlar qayıdır

30.05.26 | 13:24
Dünya futbolu

 Çempionlar Liqasının son qalibi olan PSJ-nin düşərgəsində final matçı ərəfəsində yüksək əhval-ruhiyyə hökm sürür. Paris təmsilçisi həlledici qarşılaşma öncəsi əsas ulduzlarının sıraya dönməsi ilə rahat nəfəs alıb. Zədə səbəbindən bir müddətdir komandadan kənarda qalan Usman Dembele, Əşrəf Hakimi və Nunu Mendeş artıq məşqlərə qoşulublar. Baş məşqçi Luis Enrike hər üç futbolçunun qarşıdakı həlledici görüşdə iştirak edə biləcəyini təsdiqləyib: “Onlar sabahkı matçda heyətdə olacaqlar”.

“Bavariya” ilə yarımfinal oyununda bud nahiyəsindən zədələnən Əşrəf Hakimi, Liqa 1-in son turlarında forma geyinməyən Nunu Mendeş və mövsümün son matçını erkən tərk edən Usman Dembelenin durumu azarkeşləri ciddi narahat edirdi. Lakin mətbuat konfransında çıxış edən Dembele pessimist proqnozları alt-üst edib: “Heç bir narahatlığım qalmayıb. Zədələndiyim an müəyyən şübhələrim olsa da, özümü toparlamaq üçün kifayət qədər vaxtım var idi. Mövsüm hamımız üçün ağır və sıx qrafiklə keçdi, istirahətə vaxt az oldu. Amma hazırda özümü 100 faiz hazır hiss edirəm”.

Qeyd edək ki, Paris təmsilçisi Çempionlar Liqası kubokunu ardıcıl ikinci dəfə qazanmaqla, tarixdə bunu bacaran ikinci komanda (“Real”dan sonra) olmaq ərəfəsindədir. Luis Enrike rəqibləri “Arsenal”ın qələbə aclığını başa düşdüyünü, lakin öz motivasiyalarının daha yüksək olduğunu vurğulayıb: “Arsenal”ın motivasiyası çox güclüdür, bunu anlayıram. Amma təsəvvür edin, ardıcıl ikinci dəfə kuboku qaldırmağın motivasiyası nə qədər böyükdür? Bu, hər şeydən üstündür”.

İspaniyalı mütəxəssis Parisə gəldiyi ilk gündən bu məqsəd uğrunda çalışdıqlarını qeyd edib: “Bəli, bu, həm mənim, həm klubun, həm də idman direktorunun əsas hədəfi idi. Hər şey plan üzrə gedir. Biz ötən il qazandığımız titulu yenidən əldə etməyə layiqik”.

Paylaş:

Xəbər Lenti

“Tanrının əli”ndən “Uembli” qalmaqalına: İngiltərə və Argentina arasında futbol müharibəsi

15.07.26 | 01:08

Valdas Dambrauskasdan mərhələ adlamalarına şərh: “İkinci hissə bizim üçün sadəcə rəsmiyyət xarakteri daşıyırdı”

15.07.26 | 01:09

Aydın Süleymanlı yenə Aronyanla heç-heçə etdi

15.07.26 | 00:42

İspaniya DÇ-nin finalında

15.07.26 | 00:18

“Sabah” Uelsdə də qələbə qazandı

15.07.26 | 00:53

ÇL: “Sabah”ın rəqibi məlumdur, gürcülər də tur adladı

14.07.26 | 23:01

FİDE Dünya Kubokunun reqlamentini dəyişdi: Yeni format, qısaldılmış müddət və artırılmış mükafat fondu

14.07.26 | 23:23

Harri Keyn britaniyalı jurnalistləri hədəf aldı: “İngilis mətbuatı millidə nifaq salmağa çalışır”

14.07.26 | 23:45

“Sabah” ÇL-də ikinci qələbə ilə ikinci mərhələdə

14.07.26 | 23:41

“Sabah”ın potensial rəqibi bəlli oldu: KuPS evdə uduzsa da, mərhələ adladı

14.07.26 | 22:02

“Araz-Naxçıvan” Mohamed Marla anlaşdı

14.07.26 | 18:53

Berti Foqtsdan Argentinaya və Tuxelə tərif: “Mənə köhnə Almaniya millisini xatırladırlar”

14.07.26 | 18:17

Almaniya mətbuatı Rüfət Dadaşovun qayıdışını dəyərləndirdi: Möhtəşəm dubl və akrobatik qol

14.07.26 | 18:18

DÇ-2026: Yarımfinal öncəsi hakim ajiotajı – “Messinin sevimli referisi” iş başında

14.07.26 | 18:02

Kamandan oxatanlarımız Avropa çempionatına yollanır

14.07.26 | 16:02

“Sabah”ın səfər matçını “CBC Sport” canlı yayımlayacaq: Klub yayım problemini həll etdi

14.07.26 | 16:12

İspaniya ilə oyun öncəsi Mbappenin durumu: Deşam şübhələrə son qoydu

14.07.26 | 16:53

Möhtəşəm yarımfinal: İspaniya yox, Fransa?

14.07.26 | 16:57

İspaniya Fransa tilsimini qıra biləcəkmi?

14.07.26 | 15:06

Yuri Vernidub: “Konfrans Liqasına tam hazırıq”

14.07.26 | 15:24