Bosniya və Herseqovina millisi tarixində ilk dəfə dünya çempionatında pley-off mərhələsinə vəsiqə qazanıb.
DÇ-2026-nın qrup mərhələsinin sonuncu turunda Qətəri 3:1 hesabı ilə məğlub edən bosniyalılar B qrupunu 3-cü sırada tamamlayıblar. Bu qələbə sayəsində xallarını 4-ə çatdıran Bosniya və Herseqovina ən yaxşı qrup üçüncüləri reytinqində ilk 8likdəki yerini təmin edərək, turnirin 1/16 finalına adlayıb. Beləliklə, onlar mundialın bu formatında 3-cü pillədən pley-offa yüksələn ilk komanda olublar.
Xatırladaq ki, yeni formata əsasən, 12 qrupdan hər birinin ilk iki pilləsinin sahibləri ilə yanaşı, ən yaxşı nəticə göstərən 8 qrup üçüncüsü də növbəti mərhələyə vəsiqə qazanır.
Bosniya və Herseqovina pley-off biletini rəsmiləşdirən 12-ci komandadır. Ondan əvvəl Meksika, ABŞ, Almaniya, Argentina, Fransa, Norveç, Kolumbiya, İsveçrə, Kanada, Braziliya və Mərakeş də 1/16 finalı təmin etmişdi.
Eyni zamanda, Bosniya və Herseqovina Xorvatiyadan sonra dünya çempionatlarında pley-offa yüksəlməyi bacaran ikinci Balkan təmsilçisi kimi tarixə düşüb.