BOK-dan tarixi qərar: Hər bir idmançıya 10 Min dollar qrant veriləcək

25.06.26 | 21:09
Digər növlər

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Lozannada keçirilən 146-cı sessiyasında tarixi qərar qəbul edilib. Olimpiya hərəkatı tarixində ilk dəfə olaraq, oyunlarda iştirak edən hər bir idmançıya 10 min ABŞ dolları məbləğində “Gələcək naminə hazırlıq” qrantı veriləcək.

Bu təşəbbüs idmançıların uzunmüddətli karyera yüksəlişini və idmandan sonrakı keçid dövrünü dəstəkləmək məqsədi daşıyır.

“Milan-Kortina 2026” Qış Olimpiya Oyunlarından etibarən qüvvəyə minəcək bu layihədən “Aa” akkreditasiyasına sahib olan, həmçinin antidopinq və etika qaydalarını pozmayan bütün idmançılar yararlana biləcəklər. Burada idmançıların qazandıqları nəticə heç bir rol oynamır.  Yəni vəsait yalnız medalçılara deyil, performansından asılı olmayaraq bütün olimpiyaçılara şamil edilir. Təşkilatçılar vurğulayırlar ki, bu ödəniş klassik mənada bir mükafat pulu deyil, idmançıların Olimpiya zirvəsinə ucalmaq üçün illərlə göstərdiyi fədakarlığa və çəkdiyi zəhmətə verilən rəsmi dəyərdir.

Könüllülük prinsipinə əsaslanan proqramda hər hansı bir idmançı qrantdan imtina edərsə, onun üçün ayrılan vəsait batmayacaq, gələcək olimpiyaçıların inkişaf fonduna köçürüləcək. Maliyyələşmə prosesi birbaşa Milli Olimpiya Komitələri (MOK) vasitəsilə həyata keçiriləcək. Eyni zamanda, bu yeni fond BOK-un beynəlxalq federasiyalara və digər idman strukturlarına göstərdiyi mövcud maliyyə dəstəyinə heç bir təsir göstərməyəcək və onun azaldılmasına səbəb olmayacaq.

BOK Atletlər Komitəsinin sədri Paulo Qasol da mövzu ilə bağlı açıqlamasında bu məqama xüsusi toxunub: “Bu qrant idmançıların olimpiya zirvəsinə ucalmaq üçün göstərdiyi zəhmət və öhdəliyin rəsmi etirafıdır. Məqsədimiz hər bir olimpiyaçının bu böyük ailənin bir parçası olduğunu hiss etməsidir”.

BOK hazırda müraciət və icra mexanizmi üzərində işləyir. “Milan-Kortina 2026” oyunları üçün müraciət proseduru bu ilin sonunda başlayacaq, ilk ödənişlərin isə 2027-ci ildə edilməsi planlaşdırılır. Hər Olimpiya Oyunlarında təxminən 14 min idmançının bu proqramdan yararlanacağı gözlənilir.

Paylaş:

Xəbər Lenti

“Tanrının əli”ndən “Uembli” qalmaqalına: İngiltərə və Argentina arasında futbol müharibəsi

15.07.26 | 01:08

Valdas Dambrauskasdan mərhələ adlamalarına şərh: “İkinci hissə bizim üçün sadəcə rəsmiyyət xarakteri daşıyırdı”

15.07.26 | 01:09

Aydın Süleymanlı yenə Aronyanla heç-heçə etdi

15.07.26 | 00:42

İspaniya DÇ-nin finalında

15.07.26 | 00:18

“Sabah” Uelsdə də qələbə qazandı

15.07.26 | 00:53

ÇL: “Sabah”ın rəqibi məlumdur, gürcülər də tur adladı

14.07.26 | 23:01

FİDE Dünya Kubokunun reqlamentini dəyişdi: Yeni format, qısaldılmış müddət və artırılmış mükafat fondu

14.07.26 | 23:23

Harri Keyn britaniyalı jurnalistləri hədəf aldı: “İngilis mətbuatı millidə nifaq salmağa çalışır”

14.07.26 | 23:45

“Sabah” ÇL-də ikinci qələbə ilə ikinci mərhələdə

14.07.26 | 23:41

“Sabah”ın potensial rəqibi bəlli oldu: KuPS evdə uduzsa da, mərhələ adladı

14.07.26 | 22:02

“Araz-Naxçıvan” Mohamed Marla anlaşdı

14.07.26 | 18:53

Berti Foqtsdan Argentinaya və Tuxelə tərif: “Mənə köhnə Almaniya millisini xatırladırlar”

14.07.26 | 18:17

Almaniya mətbuatı Rüfət Dadaşovun qayıdışını dəyərləndirdi: Möhtəşəm dubl və akrobatik qol

14.07.26 | 18:18

DÇ-2026: Yarımfinal öncəsi hakim ajiotajı – “Messinin sevimli referisi” iş başında

14.07.26 | 18:02

Kamandan oxatanlarımız Avropa çempionatına yollanır

14.07.26 | 16:02

“Sabah”ın səfər matçını “CBC Sport” canlı yayımlayacaq: Klub yayım problemini həll etdi

14.07.26 | 16:12

İspaniya ilə oyun öncəsi Mbappenin durumu: Deşam şübhələrə son qoydu

14.07.26 | 16:53

Möhtəşəm yarımfinal: İspaniya yox, Fransa?

14.07.26 | 16:57

İspaniya Fransa tilsimini qıra biləcəkmi?

14.07.26 | 15:06

Yuri Vernidub: “Konfrans Liqasına tam hazırıq”

14.07.26 | 15:24