“Fənərbaxça”nın yeni baş məşqçisi Emre Belözoğlu komanda ilə ilk məşqinə çıxıb. Gənc mütəxəssisin bu gün klubla rəsmi müqavilə imzalaması gözlənilir.
“Sabah” qəzetinin məlumatına görə, Belözoğlu “Liverpul”la UEFA Çempionlar Liqası matçı ərəfəsində Samandıra bazasında fBelözoğlunun motivasiya nitqi “Fənərbaxça”ya “Liverpul” üzərində qələbə qazandırıbutbolçularla görüşərək onları qələbəyə kökləyib. O, azarkeşlərin son nəticələrdən narazı və məyus olduğunu xatırladaraq komandanı inamlı çıxışa səsləyib:
“Türkiyə sizdən qələbə gözləyir. Siz buna layiqsiniz. ‘Fənərbaxça’ azarkeşləri çox üzgün və məyusdurlar. ‘Liverpul’u məğlub etməklə hər şeyi dəyişə bilərsiniz”.
Belözoğlunun bu müraciətinin futbolçuların motivasiyasını artırdığı bildirilir. Nəticədə İstanbul təmsilçisi İngiltərə klubunu 3:2 hesabı ilə məğlub edərək vacib qələbə qazanıb.
Qarşılaşmadan sonra komandanın uğurunda niderlandlı mütəxəssis Dirk Kuytun rolu da müzakirə mövzusuna çevrilib. Onun məşq prosesinə verdiyi töhfənin həm klub rəhbərliyi, həm də Belözoğlu tərəfindən müsbət qiymətləndirildiyi qeyd olunur.