Bellingem İngiltərə millisinin tarixinə düşdü: Lineker və Keynin rekordu yeniləndi
“Real”ın 23 yaşlı yarımmüdafiəçisi Cud Bellingem İngiltərə millisinin heyətində tarixi uğura imza atıb. DÇ-2026-nın bürünc medal uğrunda görüşündə Fransa qapısına yol tapan gənc ulduz, turnirdəki qol sayını 7-yə çatdırıb.
Bununla da Bellingem bir dünya və ya Avropa çempionatında ən çox qol vuran ingilis futbolçu kimi tarixə düşüb. O, 6 qolla rekordu bölüşən Qari Lineker və Harri Keyni geridə qoyub.
İngiltərə millisinin heyətində bir böyük turnirdə (DÇ/AÇ) ən çox qol vuranlar:
7 qol – Cud Bellingem (DÇ-2026)
6 qol – Harri Keyn (DÇ-2026)
6 qol – Harri Keyn (DÇ-2018)
6 qol – Qari Lineker (DÇ-1986)
5 qol – Alan Şirer (AÇ-1996)