“Sabah” klubu transfer çalışmalarını sürətləndirib. Paytaxt təmsilçisi “Qarabağ”ın sabiq qapıçısı Amin Ramazanovu heyətinə qatıb.
Klubun rəsmi saytının yaydığı məlumata görə, gənc qolkiperlə 2 illik müqavilə imzalanıb. Ramazanov növbəti iki mövsüm ərzində “bayquşlar”ın uğurları üçün mübarizə aparacaq.