“Bavariya”nın əfsanəsi Mehmet Şollun evinə basqın olub

16.06.26 | 11:39
Dünya futbolu

“Bavariya”nın 55 yaşlı əfsanəvi futbolçusu Mehmet Şollun evində dəhşətli anlar yaşanıb. “Bild” nəşrinin məlumatına görə, 48 yaşlı naməlum şəxs qapının açıq olmasından istifadə edərək sabiq futbolçunun şəxsi mülkünə daxil olub.

Səhər saatlarında evə girən cinayətkar əvvəlcə mətbəxdə qəlyanaltı və daha sonra isə duş qəbul edib. Bununla kifayətlənməyən şəxs Şollun 20 yaşlı qızının yataq otağına yollanıb. O, gənc qızın və onun sevgilisi – “Münhen 1860″ın ikinci komandasının oyunçusu, 24 yaşlı Sandro Portanın yatdığı çarpayıya uzanmağa cəhd edib.

Cütlüyün müqavimət göstərməsi ilə evdə səs-küy yaranıb. Köməyə gələn Mehmet Şoll və gənclər cinayətkarı zərərsizləşdirməyə nail olublar. Qarşıdurma zamanı başından xəsarət alan bədxahı   hadisə yerinə çağırılan polis həbs edib. Məlum olub ki, psixoloji problemləri olan və hüquq-mühafizə orqanlarına keçmişdən tanış olan bu şəxs dərhal psixiatriya klinikasına yerləşdirilib.

Xatırladaq ki,  “Bavariya”nın əfsanəvi simalarından sayılan Şoll karyerası ərzində parlaq uğurlara imza atıb. 1992–2007-ci illərdə “Bavariya”nın formasını geyinən sabiq hücumameyilli yarımmüdafiəçi, bu klubun heyətində 8 dəfə ölkə çempionluğu sevinci yaşayıb, həmçinin Çempionlar Liqası və UEFA Kubokunun qalibi olub. Şoll klub səviyyəsindəki bu böyük nailiyyətlərini beynəlxalq arenada da davam etdirərək, 1996-cı ildə Almaniya yığmasının heyətində Avropa çempionu olub.

Paylaş:

Xəbər Lenti

Fransa Seneqal səddini aşmaqda çətinlik çəkir – YRNİLƏNİR

16.06.26 | 23:28

Alfonso Dominqesdən minimum bürünc

16.06.26 | 23:43

Püşk “Qarabağ”a İslandiya klubunu rəqib seçdi

16.06.26 | 23:14

“Zirə”nin Konfrans Liqasındakı  rəqibi bəlli oldu: “Qartallar” Gürcüstan təmsilçisi ilə qarşılaşacaq

16.06.26 | 23:30

Çempionlar Liqasında püşk atıldı: “Sabah” Uels klubu ilə qatşılaşacaq

16.06.26 | 18:02

Messinin DÇ-2026-dakı “təvazökar” sığınacağı: BILD Argentina düşərgəsinin sirlərini açır

16.06.26 | 17:58

Memonun vida göz yaşları: “Milli komandasız bir karyera təsəvvür edə bilmirəm”

16.06.26 | 17:28

İspanlar çıxılmaz vəziyyətdə: “Bu, tarixi bir uğursuzluqdur!”

16.06.26 | 17:06

Koreya millisində media böhranı: Jurnalistlərin ehtiyatsızlığı komandanı ayağa qaldırdı

16.06.26 | 17:12

“Araz-Naxçıvan” Cavid Hüseynova tapşırıldı

16.06.26 | 16:59

Yubilyar haqqında düşüncələr

16.06.26 | 16:34

Aldanmış Kəvakib

16.06.26 | 14:01

Sabri Lamuşi mundial tarixinə düşdü: Cəmi bir oyundan sonra..

16.06.26 | 11:48

“Bavariya”nın əfsanəsi Mehmet Şollun evinə basqın olub

16.06.26 | 11:39

“Sabah” Patrik Mbinanın transfer hüquqlarına sahib oldu

16.06.26 | 11:50

Qismət Alıyev gələcək karyerası ilə bağlı yekun qərarını verdi

16.06.26 | 11:53

Konfrans Liqası: “Zirə”nin ilk rəqibi bu gün bəlli olacaq

16.06.26 | 11:58

Çempionlar Liqası: “Sabah”ın turnirdəki ilk rəqibi bəlli olur

16.06.26 | 10:52

Bu gün “Qarabağ”ın Avropa Liqasındakı rəqi bəlli olacaq

16.06.26 | 10:16

“Turan Tovuz”un avrokubok qapısı rəsmən bağlandı

16.06.26 | 10:32