“Barselona” və “Liverpul” geri dönüş edə biləcəkmi?

13.04.26 | 21:58
Dünya futbolu

Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında yarımfinalçıların adlarına aydınlıq gəlir. Aprelin 14-ü futbolsevərlər üçün sıradan bir təqvim günü deyil – bu, “ya tamam, ya davam” gecəsidir. İlk oyunlarda 2 cavabsız qolla məğlub olan “Barselona” və “Liverpul” möcüzə reallaşdırmaq üçün meydana çıxacaq.

Metropolitano cəhənnəmində kritik sınaq

Matçın İntriqası və əsas məqamlar

“Barsa” uçurumun kənarında: “Kamp Nou”dakı ilk oyunda Pau Kubarsinin erkən qırmızı vərəqə alması planları pozdu. Xulian Alvaresin möhtəşəm cərimə zərbəsi və Aleksander Sörlotun qolu “Atletiko”ya böyük üstünlük qazandırıb.

Geri dönüş inamı: Kataloniyalılar təslim olmaq niyyətində deyil. Baş məşqçi Hansi Flik inamlıdır: “Bizə möcüzə lazım deyil. Sadəcə ən yaxşı futbolumuzu nümayiş etdirməliyik”.

Müdafiəçi Ronald Arauxo isə əmindir: “Bunu kimsə edə bilərsə, o da bizik”.

Kadr vəziyyəti və forma: “Barselona” həftəsonu “Espanyol”la derbidə inamlı (4:1) qələbə qazanıb. Zədədən dönən Frenki de Yonqun formaya düşməsi komandaya əlavə güc qatır. Dieqo Simeone isə cavab matçı öncəsi ulduzlarını dincəltmək üçün həftəsonu “Sevilya”ya qarşı ehtiyat heyətlə meydana çıxmışdı.

 Simeonenin hədəfi: “Atletiko” 2017-ci ildən bəri ilk dəfə Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanmağa yaxındır.

Enfild” ruhu PSJ-ni dayandıra biləcəkmi?

Matçın İntriqası və əsas məqamlar

Çempion “Enfild” cəhənnəmində: Son çempion PSJ səfərə böyük üstünlüklə yollanır. Lakin Parisdə fərqlənən Xviça Kvaratsxeliya xəbərdarlıq edir: “Diqqətimizi toplamalıyıq, Enfilddə atmosfer inanılmaz olacaq”.

PSJ-nin “İngilis sindromu” (müsbət mənada): Luis Enrikenin yetirmələri ingilis klublarına qarşı oynamağı sevir. Ötən mövsüm kuboka gedən yolda “Liverpul”, “Aston Villa” və “Arsenal”ı mübarizədən kənarlaşdıran parislilər, bu mövsümün 1/8 finalında London “Çelsi”sini də inamla (5:2, 3:0) məğlub ediblər.

Qol zəmanəti: Statistika hücum futbolu vəd edir. “Liverpul”un UEFA turnirlərində Fransa komandalarına qarşı keçirdiyi əvvəlki 37 oyunun heç biri qolsuz (0:0) bərabərliklə başa çatmayıb.

Kapitanın çağırışı: Vircil van Deyk “Liverpul” azarkeşlərinə ümid verir: “Sona qədər vəziyyəti dəyişə biləcəyimizə inanmalıyıq. Bunun üçün bizdən müstəsna oyun tələb olunacaq”.

Kəsəsi, hansı komandanın növbəti mərhələyə yüksələcəyini proqnozlaşdırmaq çətindir. “Atletiko”nun sarsılmaz müdafiəsi, yoxsa “Barselona”nın hücum xətti? PSJ-nin ulduzlarla dolu heyəti, yoxsa “Anfild”in məşhur ruhu? Cavabı bu axşam yaşıl meydanlarda tapacağıq.

Çempionlar liqası. 1/4 final, cavab oyunları

23:00   Atletiko (İspaniya) – Barselona (İspaniya)     (ilk oyun 2:0)

CBC Sport

23:00   Liverpul (İngiltərə) – PSJ (Fransa)    (0:2)  İctimai TV

Paylaş:

Xəbər Lenti

Nəriman Axundzadə növbəti matçına çıxdı: “Kolambus Kryu” məğlub oldu

19.04.26 | 12:38

Tiflisdə fərdi yarışlara yekun vurulur: Kotsoyevdən uğurlu start

19.04.26 | 12:40

Ölkə kubokunda finalın adı məlum oldu

19.04.26 | 01:35

Qurban Qurbanovdan sərt xəbərdarlıq: “Klubun adı “Qarabağ”dırsa, heç kimə güzəşt olmayacaq!”

19.04.26 | 00:39

Valdas Dambrauskas: “Bu oyunu məşqçilik kurslarında nümunə kimi göstərmək olar”

19.04.26 | 00:28

Füzuli Məmmədov: “Şamaxı” çempionatın ən intizamlı komandasıdır”

18.04.26 | 20:35

“Sabah” “Qarabağ”ı məğlub edərək çempionluğa yaxınlaşdı

18.04.26 | 19:35

Boksçularmız Braziliyada olimpiya lisenziyaları uğrunda mübarizəyə qoşulur

18.04.26 | 19:56

Ayxan Abbasov: “Məğlubiyyətimizə səbəb şanssızlıq yox, ustalıq səviyyəsidir”

18.04.26 | 19:59

Tbilisidən son durum: Millimizin hesabında 4 medal var

18.04.26 | 19:32

Yevlaxda vacib qələbə: “Karvan” elitada qalmaq üçün “döyüşür”

18.04.26 | 17:49

Zirədə son dəqiqə qolu: “Neftçi” qələbəni əldən verdi

17.04.26 | 23:06

AFFA-dan aşağı liqalarla bağlı yeni qərar: Komanda sayı artırılacaq

17.04.26 | 15:14

“İnter Mayami”dən Maskerano getdi, Xavi gəlir?

17.04.26 | 15:00

Hidayət Heydərov karyerasında 6-cı dəfə Avropa çempionatının finalında

17.04.26 | 14:23

TV PROQRAM

17.04.26 | 11:16

Messidən sürpriz investisiya: İspaniya klubunu satın aldı

17.04.26 | 07:32

“Real “da böhran: Arbeloa gedir, Zidan isə “yox” dedi

17.04.26 | 07:33

“Mançester Siti”də bir dövrün sonu: Silva “Etihad”la vidalaşır

17.04.26 | 07:54

Kassano ilə Ronaldo arasında “WhatsApp” qalmaqalı: “Mənə hörmətsizlik etmə!”

17.04.26 | 07:49