“Barselona” mövsümə tarixi rekordla başladı: Hansi Flikin komandası durdurulmur!

17.09.26 | 19:43

Mövsümə möhtəşəm start verən “Barselona” klub tarixinin yeni rekorduna imza atıb.

Çərşənbə günü güclü yağış altında doğma meydanda uzun fasilədən sonra İspaniya La Liqasına qayıdan “Rasinq”i darmadağın edən kataloniyalılar 7:2 hesablı qələbə qazanıblar. Bu, Hansi Flikin yetirmələrinin La Liqada ardıcıl altıncı qələbəsi olub.

Qeyd edək ki, “Barselona” bundan əvvəl “Elçe”ni 5:0, “Atletik”i 2:0, “Rayo Valyekano”nu 5:2, “Valensiya”nı 5:0 və “Levante”ni 4:2 hesabı ilə məğlub edib.

Kataloniya təmsilçisi UEFA Çempionlar Liqasına da inamlı başlayıb. “Barsa” ilk turda Rotterdamın “Feyenoord” klubunu doğma meydanda 5:1 hesabı ilə məğlub edib.

Beləliklə, “Barselona” 127 illik tarixində ilk dəfə mövsümə ardıcıl yeddi qələbə ilə başlayıb.

Klubun bundan əvvəlki ən yaxşı start göstəricisi mövsümə ardıcıl altı qələbə ilə başlamaq olub. Bu nəticə 1929, 1960 və 2018-ci illərdə qeydə alınıb.

“Barselona” vurduğu qolların sayında da klub rekorduna imza atıb. Kataloniya təmsilçisi tarixində ilk dəfə mövsümün ilk yeddi oyununda 33 qol vurub. Bu isə orta hesabla hər oyuna 4,7 qol deməkdir.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09