“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə müalicə və fərdi reabilitasiya proqramını xaricdə davam etdirir.
Ağdam klubunun rəsmi saytının yaydığı məlumata görə, müayinələrdən sonra millinin üzvünə xroniki simfizit (qasıq nahiyəsinin xroniki zədələnməsi) diaqnozu qoyulub. Futbolçunun əvvəlki zədəsindən sonrakı əməliyyatdanbərpa prosesi tam normal axarda gedir və hər hansı fəsad qeydə alınmayıb.
Təcrübəli müdafiəçinin təxminən 5 həftə sonra meydanlara qayıdacağı gözlənilir. Onun tam hazır olacağı dəqiq tarix isə aparılacaq funksional qiymətləndirmədən sonra bəlli olacaq.