Azər Bağırov: “Həqiqi azarkeşlər komandanın hansı vəziyyətdə olduğunu görür”

02.05.26 | 19:41
Ölkə futbolu

Misli Premyer Liqanın 30-cu turunda “Sumqayıt”a 2:1 hesabı ilə qalib gələn “Kəpəz”in baş məşqçisi Azər Bağırov oyundan sonra mətbuat konfransında iştirak edib.

Görüşü dəyərləndirən mütəxəssis, komandasının əzmkar oyun nümayiş etdirdiyini bildirib: “Maraqlı oyun alındı. Əslində, matça yaxşı başlaya bilərdik, lakin əldə etdiyimiz imkanlardan istifadə edə bilmədik. Üstəlik, qapımızda gözlənilməz, bir qədər kuryoz qol gördük. Buna baxmayaraq, futbolçularım xarakter nümayiş etdirərək əzmkar qələbə qazandılar. Bu qələbəyə görə komandama minnətdaram”.

Matçdan əvvəl mümkün məğlubiyyət halında istefaya göndəriləcəyi ilə bağlı yayılan iddialara toxunan Bağırov, bu növ şayiələrə əhəmiyyət vermədiyini vurğulayıb: “İstefa ilə bağlı deyilənlərdən xəbərim yoxdur, bu barədə heç nə eşitməmişəm. “Kəpəz”in həqiqi azarkeşləri mən bu postu təhvil alanda komandanın hansı acınacaqlı vəziyyətdə olduğunu yaxşı bilirlər. Gəldiyim vaxt xalımız yox idi, legioner transferi limitimiz isə demək olar ki, dolmuşdu”.

Heyətlə bağlı çətinliklərdən bəhs edən baş məşqçi, qış transfer pəncərəsindəki məhdudiyyətləri xatırladıb: “Qış fasiləsində aşağı liqalardan 6 oyunçu və cəmi bir legioner cəlb edə bildik. Bu gün bizim geniş ehtiyat oyunçular skamyamız yoxdur. Real vəziyyəti görən tərəfdarlarımız bizi hər zaman dəstəkləyirlər. Bəzi qüvvələr isə hətta qələbə qazandığımız vaxtlarda belə tənqid etməyə bəhanə axtarırlar”.

Paylaş:

Xəbər Lenti

Milli Bakıda iki sınaq matçına çıxacaq

17.06.26 | 13:26

Cəlal Hüseynov “Petrolul”a keçib

17.06.26 | 13:15

Avstriya İordaniyaya üzərində qələbə qazandı

17.06.26 | 09:34

Messi 3 qolla tarixi rekorda çatdı

17.06.26 | 07:52

Norveç İraq üzərində böyük hesablı qələbə qazandı

17.06.26 | 07:57

Alfonso Dominqesdən minimum bürünc

17.06.26 | 07:19

Seneqal Fransaya ikinci hissədə təslim oldu

16.06.26 | 23:28

Alfonso Dominqesdən minimum bürünc

16.06.26 | 23:43

Püşk “Qarabağ”a İslandiya klubunu rəqib seçdi

16.06.26 | 23:14

“Zirə”nin Konfrans Liqasındakı  rəqibi bəlli oldu: “Qartallar” Gürcüstan təmsilçisi ilə qarşılaşacaq

16.06.26 | 23:30

Çempionlar Liqasında püşk atıldı: “Sabah” Uels klubu ilə qatşılaşacaq

16.06.26 | 18:02

Messinin DÇ-2026-dakı “təvazökar” sığınacağı: BILD Argentina düşərgəsinin sirlərini açır

16.06.26 | 17:58

Memonun vida göz yaşları: “Milli komandasız bir karyera təsəvvür edə bilmirəm”

16.06.26 | 17:28

İspanlar çıxılmaz vəziyyətdə: “Bu, tarixi bir uğursuzluqdur!”

16.06.26 | 17:06

Koreya millisində media böhranı: Jurnalistlərin ehtiyatsızlığı komandanı ayağa qaldırdı

16.06.26 | 17:12

“Araz-Naxçıvan” Cavid Hüseynova tapşırıldı

16.06.26 | 16:59

Yubilyar haqqında düşüncələr

16.06.26 | 16:34

Aldanmış Kəvakib

16.06.26 | 14:01

Sabri Lamuşi mundial tarixinə düşdü: Cəmi bir oyundan sonra..

16.06.26 | 11:48

“Bavariya”nın əfsanəsi Mehmet Şollun evinə basqın olub

16.06.26 | 11:39