Millimizin baş məşqçisi Ayxan Abbasov Maltaya qarşı keçiriləcək yoldaşlıq oyunu öncəsi mətbuat konfransında iştirak edəcək.
Macarıstanın Sombatxey şəhərində təşkil olunacaq mətbuat konfransı iyunun 4-ü, Bakı vaxtı ilə saat 19:30-a təyin olunub. Konfransdan bir saat sonra isə yığmamız oyunöncəsi son məşqinə çıxacaq. Məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq.
İyunun 5-də baş tutacaq Azərbaycan – Malta qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.